Dünya Bankının prezidenti: "2016 "Məyusluq ili" olacaq"

17-12-2015, 12:24
0
Dünya Bankının prezidenti: "2016 "Məyusluq ili" olacaq"
Gələn il  dünya iqtisadiyya və inkişaf edən bazarlar üçün «məyusluq ili» olacaq. Bu barədə Dünya  Bankının prezidenti  Cim Yen Kim bildirib.
 
İqtisadçının sözlərinə görə, 2016-cı ildə qlobal bazarlar ancaq dəqiq  və açıq  struktur islahatları aparan  ölkələrə  üstünlük verəcək.
 
Cim Yen Kim
 
"Xalis xammal ixracatçıları diqqətlərini əlavə dəyər üzərində daha çox cəmləşdirməlidirlər. Onlar sadəcə xammal tədarük etmək əvəzinə, emala cəlb olunmalıdırlar. Bir çox ölkələr öz iqtisadi artım mənbələrini şaxələndirməlidirlər. Neft və qazın aşağı qiymətlərini nəzərə alaraq, pulları yanacaq hasilatına (sektorun inkişafına) xərclənməyi dayandırmağın əsl vaxtıdır", - deyə  Dünya Bankının rəhbəri Yaponiyanın  Nikkei  nəşrinə  müsahibəsində bildirib. 
 
Xatırladaq ki, bundan əvvəl  Danimarka  İnvestisiya Onlayn Bankının  ekspertləri özlərinin ənənəvi "şok proqnozlarını" vermişdilər. Sənədə əsasən OPEK ölkələri  kəskin şəkildə yanacaq  istiehsalı həcmini azalda bilər ki, bu da  neftin bir barrelinin  qiymətinin 100 dollara bərpa olunması ilə nətcələnəcək».
скачать dle 12.1
Xəbər lenti