Nazirlik: İstifadə olunmayan yararlı torpaqlarla bağlı hökumətə təkliflər verilib

29-08-2015, 17:26
0
Nazirlik: İstifadə olunmayan yararlı torpaqlarla bağlı hökumətə təkliflər verilib
Kənd Təsərrüfatı Nazirliyi ölkədə istifadə olunmayan yararlı torpaqlara görə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı hökumətə təkliflər təqdim edib. Bunu "Report"a açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.
 
Nazir müavini deyib ki, yaxın zamanlarda məcəllədə bununla bağlı dəyişikliklər ediləcəyi gözlənilir. 
 
Onun sözlərinə görə, əkinə yararlı istifadə olunmayan torpaq sahəsinə görə cərimə sanksiyalarının tətbiq olunması nəzərdə tutulub:
 
"Bu da yəqin ki, torpaqların istifadəsinə öz təsirini göstərəcək". 
скачать dle 12.1
Xəbər lenti