İsrail və Avropanın Azərbaycanın neftindən imtinası nə vəd edir?

29-08-2015, 17:27
0
İsrail və Avropanın Azərbaycanın neftindən imtinası nə vəd edir?

 
Məhəmməd Talıblı: «Bu həm də valyuta daxilolmalarının, o cümlədən neft dollarının azalması demək olar»

 

 

Azərbaycan neftinin alıcıları getdikcə azalmaqdadır. Azərbaycan dövlət büdcəsinin formalaşmasında mühüm əhəmiyyət kəsğb edən enerji resurslarından gələn gəlirlər yaxın gələcəkdə azala bilər. Belə ki, bu ilin mayından avqustun 11-nə qədər Israil Iraq kürdlərindən 19 milyon barreldən çox neft alır.
 
Bu haqda “Financial Times” qəzeti yazıb. Israilin Iraq kürdlərindən aldığı neftin dünya bazarı qiymətləri ilə dəyəri 1 milyard dollar yaxındır. Beləliklə, Israil son üç ay yarımda neftə olan tələbatının dörddə üçünü məhz Iraq neftinin hesabına ödəyib.
 
Israildən sonra Avropa ölkələri də oxşar addım atmaqdadırlar. Bazarlardan daxil olan informasiyalara görə Avropada az kükürdlü Aralıq dənizi neftinin satışı Qərbi Afrikadan neft təchizatının artmasına görə aşağı düşəcək.
 
Bu isə yerli neftayırma zavodlarının Azərbaycan nefti olan “Azeri Light”a və “CPC Blend”ə olan tələbatını azaldacaq.
 
Asiyada Qərbi Afrika neftinə tələbatın azalmasını və əlverişli nəql marşrutunu nəzərə alaraq Avropanın neft emalı şirkətləri sentyabr ayında Nigeriya və Anqoladan əlavə neft təchizatına qərar veriblər. Ekspertlərin qiymətləndirmələrinə görə, sentyabr ayında Avropaya Qərbi Afrikadan 50 milyon barrelə qədər neft çatdırılacaq. Bu, gündə orta hesabla 1,6 milyon barrel neft deməkdir.
 
Beləliklə, dünya bazarlarında neft bolluğu ona gətirib çıxarıb ki, Israilin ardınca Avropa da Azərbaycan neftindən üz döndərir. Bəs bu tendensiya Azərbaycana nə vəd edir?
 
 
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, bir çox ölkələr vardır ki, onlar enerji mənbələrini bir neçə mənbədən almaq imkanları var, onlar üçün belə vəziyyət qorxulu deyil. Amma elə ölkələr də var ki, onlar tək mənbədən asılıdırlar, onlar üçün fors-major vəziyyətlər qorxuludur: “Konkret Azərbaycana gəldikdə, düşünürəm ki, yalnız bir ölkənin də neft alışından imtina etməsi ümumilikdə xarici ticarət dövriyyəsinə neqativ təsir göstərə bilər. Israil Azərbaycanın ən çox neft ixrac etdiyi birinci ölkədir. Belə bir vəziyyətdə ixracatada neft və neft məhsullarının həcminə mənfi təsir göstərə bilər. Bu həm də valyuta daxilolmalarının, o cümlədən neft dollarının azalması demək olar”.
 
M.Talıblının fikrincə, Avropanın da Azərbaycanın təbii resurslarından imtinası ölkəmiz üçün ciddi maliyyə problemləri vəd edir.
скачать dle 12.1
Xəbər lenti