İsrail müdafiə naziri Moşe Yaalon Suriyadakı vəziyyətlə əlaqədar ölkəsinin bəzi sünni ərəb ölkələri ilə strateji əlaqələrini inkişaf etdirməyə hazır olduğunu bəyan edib.
O, Münhen Beynəxlxalq Təhlükəsizlik Konfransında Suriyada münaqişələri dayanması üçün əldə edilən anlaşmanın həyata keçməsi məsələsində pessimist olduğunu bildirib.
Yaalon, "Suriyadakı vəziyyətə uyğun bəzi sünni ərəb ölkələri ilə ortaq strateji inkişafa hazırıq", - deyə bəyan edib.
İsrailin müdafiə naziri hazırda birbaşa əlaqə imkanı olmamasına rəğmən, İsrailin bəzi körfəz və Qərbi Afrika ölkələri ilə ortaq çıxarları olduğunu bildirib.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransında Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat naziri, hazırda isə xaricdə rejimin maraqlarını qoruyan lobbiyə rəhbərlik edən Əl-Faisal Ali-Saud və İsrailin müdafiə naziri Moşe Yaalon bir-biri ilə görüşməsi kameralardan yayınmamışdı.
Bir müddət öncə, İsrailin Daxili Kəşfiyyat İdarəsinin (Şin Bet) rəhbəri Ami Ayalonun 2012-i ildəki açıqlamalarının deşifrə olduğu barədə məlumat vermişdik. Məlumatda İsrailin bölgədəki qısamüddətli planlarını açıqlayan Ayalonun hədəfində şiə-sünni qarşıdurması yaratmaq olduğunu demişdi. Çünki Ayalona görə, ancaq belə bir durumda Fələstinin gücü qırıla bilər və Fələstin-İsrail qarşıdurmasının qarşısı alına bilər.
"Türkiyə öndərliyində yaranacaq koalisiyaya İsrailin varlığını qəbul etdirsək, Yaxın Şərqdə böyük qarşıdurma Fələstin-İsrail arasında deyil, sünni-şiə arasında olacaq" - deyən Ayalon, belə vəziyyətin İsrail üçün sərfəli olduğunu vurğulamışdı.
Planlarını, "quracağımız koalisiya ABŞ və bizim tərəfimizdən dəstək görəcək və İsrail bölgədə özünə təhdid olan ünsürlərə qarşı bir güc yaratmış olacaq", - deyə şərh edən Şin Bet rəisi, koalisiyanın digər təməl daşları kimi Səudiyyə Ərəbistanı, İordaniya və Misiri göstərmişdi.
Bu gün Səudiyyə rejiminin timsalında müsəlmanların bir-birini qırğın etməsi ilə bağlı atılan addımları müşahidə etməkdəyik. Bu proseslər göstətə ki, bütün bunlar İsrail və Qərb tərəfindən hazırlanan planın bir hissəsidir. Onlar bu planı müsəlman ölkələrinin başına gətirdikləri əlaltıları vasitəsilə həyata keçirməkdədirlər.
İsrail Müdafiə Naziri Moşe Yaalonun da Suriyadakı vəziyyətlə əlaqədar ölkəsinin bəzi sünni ərəb ölkələri ilə strateji əlaqələrini inkişaf etdirməyə hazır olduğunu bəyan etməsi də onu göstərir ki, plan bütün gücü ilə davam edir.
скачать dle 12.1