Sabah ABŞ-da dollarla bağlı vacib iclas olacaq

15-03-2016, 13:55
0
Sabah ABŞ-da dollarla bağlı vacib iclas olacaq
Sabah ABŞ-ın Mərkəzi Bankının (Fed) Açıq Bazar Komitəsinin (FOMC) növbəti iclası keçiriləcək.
 
İclasda dolların uçot dərəcəsi ilə bağlı məsələ müzakirə ediləcək. 
 
Fed-in bu il faiz artırımına getmə ehtimalı, məşğulluq və inflyasiya proqnozları nəzərə alınaraq 78%-ə yüksəlib. "Bloomberg"in anketinə qatılan 97 iqtisadçıdan yalnız dördü Fed-in iki gün davam edəcək iclasında faiz artımı olacağını güman etmir.
 
Yerdə qalan digər analitiklər Fed-in dolların uçot dərəcəsini artıracağını hesab edir. 
 
Xatırladaq ki, Fed sonuncu dəfə dekabrın 16-da dolların uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etmişdi. Fed dollar faizini 0-0,25% civarından 0,50%-ə yüksəldib. Fed 2016-cı ildə faiz dərəcəsinin artırılacağı ilə bağlı qərar qəbul edib. 
скачать dle 12.1
Xəbər lenti