Azərbaycan manatının 40 %-lik devalvasiyasının anonsu verildi

9-09-2015, 17:33
0
Azərbaycan manatının 40 %-lik devalvasiyasının anonsu verildi
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan bank sektorunun milli valyutanın əlavə 40%-lik devalvasiyaya tab gətirə biləcəyi kapitala sahib olduğunu bəyan edib.
 
"Report"un Agentliyə istinadən verdiyi xəbərə görə, "Fitch"in analitikləri qeyd edir ki, Azərbaycan bank sistemi neftin ucuzlaşması və devalvasiyanın təsiri amillərinin təzyiqi altındadır. Bu risklər nəticəsində banklar zərərlərin örtülməsi üçün məhdud maliyyə vəsaitlərinə malikdir. Agentlik hesab edir ki, neft ixracına əsaslanan Azərbaycan iqtisadiyyatında bu il 1,5%-lik artım gözlənilir. Buna səbəb isə ölkənin bank sistemindəki aktivlərin keyfiyyətinin aşağı düşməsidir.
 
Pozitiv məqam kimi isə "Fitch", Azərbaycan tədiyyə balansının güclü olmasının hökumətə bank sisteminə likvidlik və kapital dəstəyi vermək imkanını göstərib.
скачать dle 12.1
Xəbər lenti