Daha bir bank dollar satışını dayandırdı

21-10-2016, 15:42
0
Daha bir bank dollar satışını dayandırdı

Bu gün oktyabrın 21-də daha bir bank dollar satışını dayandırıb. Fins.az-ın araşdırması göstərdi ki, “Ekspressbank” bu gün  xarici valyuta satışını dayandırıb. Amma bank rəsmiləri  dollar satışının dayandırılmasının səbəblərini açıqlamayıblar.

Xatırladaq ki, dünən oktyabrın 20-də “Ekspresbank”  dollar satışına 500 dollarlıq limit tətbiq etmək barədə qərar qəbul edib. Bu gün isə ümumiyyətlə satışı dayandırıb.

Bundan başqa “Bank VTB (Azərbaycan)”, “Bank Respublika” və “Naxçıvanbank” dünəndən dollar satışını dayandırıb. “Paşa Bank” da xarici valyuta satışını dayandırıb.

Beləliklə, dollar satmayan  bankların sayı 5-ə çatıb .

скачать dle 12.1
Xəbər lenti