Rusiyalı məmur uşaqları xaricdə oxuya bilməyəcək
14-11-2016, 16:15
0
Rusiyalı məmur uşaqları xaricdə oxuya bilməyəcək
Rusiyalı məmurların yeniyetməlik yaşına çatmayan uşaqlarının xarici təhsil müəssisələrində oxumasının qanunla qadağan olunması barədə Rusiya Dövlət Duması qanun layihəsi qəbul edib. Sənəd kommunsit Valeriy Raşkin tərəfindən hazırlanıb.
Layihəyə görə, 2017-ci ilin 1 yanvarından sənəd qəbul olunarsa, dövlət qulluqçuları və bələdiyyə işçiləri öz övladlarını və övladlığa götürdükləri uşaqları xarici dövlətlərin ərazisində məktəb və ali məktəblərə yerləşdirə bilməyəcək. Sənəddə o da bildirilir ki, qadağanın dövlət kompaniyalarının top-menecerlərinə qədər genişlənməsi məsələsinə də baxılacaq.
Layihəyə əsasən qadağa xarici universitetlərin Rusiyadakı filiallarına, həmçinin dövlətin ali məktəblərinin xaricdəki filiallarına tətbiq edilməyəcək. Bundan başqa işi ilə əlaqədar 1 ildən artıq xaricdə işləmək məcburiyyətində olan məmurların övladları da istisnadır.
скачать dle 12.1