Bu gün Bakı-Sumqayıt qatarı işə düşür - XƏRİTƏ

12-09-2015, 18:46
0
Bu gün Bakı-Sumqayıt qatarı işə düşür - XƏRİTƏ
Bu gün Bakı-Sumqayıt qatarı işə düşür.
 
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nazim Əzməmmədov bildirib ki, ilk qatar saat 14:00-da Sumqayıt istiqamətində hərəkət edəcək.
 
Bakı-Sumqayıt sürət qatarının işə düşmə vaxtı sentyabrın 15-nə planlaşdırılsada, sonradan onun müəyyən olunan vaxtından daha tez işə düşməsinə qərar verilib.
 
Bakı-Sumqayıt qatarı
 
Qatar Sumqayıtdan Bakı istiqamətinə səhər saat 6-dən saat 12-yə qədər qatarlar 30 dəqiqə intervalla xidmət göstərəcək. Əks istiqamətdə isə bu proses saat 16:00-dan 21:00-a kimi davam edəcək.
 
Sentyabrın 2-də isə Bakıdan Sumqayıta ilk işçi qatarı yola düşüb. 
 
İlk işçi qatari ilə QSC-nin rəhbər işçiləri, Sərnişindaşıma, Elektrik-Təchizatı Departamenti, İnfrastruktur Departamenti, Rabitə-Siqnalizasiya departamentinin əməkdaşları və texniki heyət göndərilib.
 
 
скачать dle 12.1
Xəbər lenti