Bu bank 23 min işçisini ixtisar edəcək

15-09-2015, 15:32
0
Bu bank 23 min işçisini ixtisar edəcək
Almaniyanın "Deutsche Bankı" 23 min əməkdaşını ixtisara salacaq.
 
Bu barədə "Reuters" agentliyi xəbər yayıb.
 
Xəbərdə həmçinin şirkətin Rusiyadakı fəaliyyətinə son qoyacağı barədədə məlumat yer alıb. Şirkət Rusiyada yalnız qlobal bankçılıq bölməsini saxlayacaq.
 
Bank daha çox texnologiya sahəsində və "PostBank" adlı bankında çalışan işçiləri çıxarmaq niyyətindədir. Belə olan təqdirdə Almaniyanın ən böyük maliyyə qrumu olan "Deutsche Bankı" əməkdaşlarının ¼-i işdən çıxarmış olur.
 
Məlumata görə, bank bir çox ölkələrdə fəalliyyətini dayandıracaq. Amma onların hansı ölkələr olacağı barədə heç bir məlumat verilmir.
 
Keçən həftə bankın Rusiya nümayəndəliyinin başçısı Joerg Bongartz istefa etmişdi.
 
"Deutsche Bank"ın adı bir çox qalmaqallarda çəkilib. Bir müddət əvvəl bankın idarə heyyətinin keçmiş üzvüləri Jürgen Fitschen, Josef Ackerman və Rolf Breuer məhkəmə qarşısında mühakimə olunub.
 
Bank əməkdaşları Almaniyada media imperatoru Leo Kircin iflas etməsinə səbəb olmaqda günahlandırlırdılar.
 
Mühakimə olunan bank əməkdaşlarından biri Rolf Breuer 2002-ci ildə veridiyi açıqlamaların birində " Leo Kircə heç kim kredit verməz" ifadəsini işlədib. Bir neçə gün sonra Kircə məxsus bütün şirkətlər iflas edib.
 
Məhkəmə 2011-ci ildə ölən Leo Kircin qohumlarına xeyrinə qərar çıxararaq, bankı 925 milyon dollar təzminat ödəməyə məcbur edib.
скачать dle 12.1
Xəbər lenti