Ölkə iqtisadiyyatına yatırımlar 381 milyon manat azalıb

19-03-2018, 22:05
17 623
Ölkə iqtisadiyyatına yatırımlar 381 milyon manat azalıb

Nemət  Əliyev

Davamiyyət bu cür olsa, 2018-ci il də tənəzzül ili kimi tarixə düşəcək.

Ölkədə əlverişli investisiya iqliminin olması haqqında çox danışılsa da, faktlar tamam fərqli nəticələr ortaya çıxarıb. Bu ilin yanvar-fevral dövründə iqtisadi vəziyyət daha da pisləşib. DSK-nın açıqladığı məlumatlardan məlum olub ki, ölkə iqtisadiyyatına yönələn sərmayələr ötən ilə nəzərən bu il daha 18,2% azalıb (müqayisəli qiymətlərlə). Kredit qoyuluşlarının səviyyəsi 30%-dən çox enib. Bu, çox böyük itkidir. Belə bir şəraitdə iqtisadi artım haqqında irəli sürülən iddiaların heç bir əsası yoxdur.

Sərmayələri müəssisə və təşkilatlar 28%, banklar 22%, büdcədənkənar fondlar isə 43% azaldıb. Əsas kapitala yatırımların iki aylıq həcmi büdcədən, əhalidən və digər mənbələrdən daxil olan vəsaitlər hesabına üst-üstə 126 milyon manat artsa da, müəssisə və təşkilatlarn, bankların və büdcədənkənar fondların öz vəsaitlərini geri çəkməsi hesabına 507 milyon manat azalıb və nəticədə ümumi yatırımların səviyyəsi 381 milyon manat düşüb.

Belə məlum olur ki, ölkədə əlverişli investisiya iqliminin yaradılması haqqında rəsmilərin danışdıqları eləcə söz-söhbət imiş, gerçəkliklə əlaqəsi yox imiş. Hazırkı gedişat ilin sonuna heç bir nikbin perspektiv vəd etmir. Bilmək lazımdır ki, dedi-qodularla xalqın güzəranının pisləşməsini durdurmaq, nəhayət, onu yaxşılaşdırmaq mümkün deyil. Odur ki, söz-söhbətlərdən real işə keçmək, gerçək islahatların önünü açmaq lazımdır.

скачать dle 12.1
Xəbər lenti