Hərracda dollar satışı 2 dəfəyə yaxın artıb

6-04-2018, 19:07
19 756
Hərracda dollar satışı 2 dəfəyə yaxın artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin mart ayı ərzində 647 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə “Marja”ya Fonddan bildirilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin yanvar ayında 299,1 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində isə 364,1 milyon ABŞ dollarıməbləğində vəsait satılmışdı. Beləliklə, Mart ayında vəsait satışı Fevral ayı ilə müqayisədə 1,8 dəfə, Yanvar ayı ilə müqayisədə isə 2,2 dəfə artıb.

2018-ci ilin birinci rübü ərzində isə ARDNF tərəfindən satılmış valyutanın həcmi 1 milyard 310,2 milyon ABŞ dolları təşkil edir.

Qeyd edək ki, həftədə 2 dəfə Neft Fondunun iştirakı ilə Mərkəzi Bankda valyuta həracı keçirilir.

скачать dle 12.1
Xəbər lenti