Azərbaycan Gürcüstanın kənd təsərrüfatına 23 milyon dollar verib

6-04-2018, 19:10
18 932
Azərbaycan Gürcüstanın kənd təsərrüfatına 23 milyon dollar verib

Azərbaycan Gürcüstandan kənd təsərrüfatı məhsullarını ən çox idxal edən ölkələr arasında 3-cü yeri tutub.

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il Gürcüstandan Azərbaycana 23,2 mln. dollar məbləğində kənd təsərrüfatı məhsulu ixrac olunub.

Aprel ayının 1-nə olan məlumatda qeyd olunub ki, Azərbaycanla yanaşı Gürcüstandan kənd təsərrüfatı məhsullarını ən çox idxal etmiş ölkələrin ilk üçlüyünə Rusiya (52,2 mln. dollar) və Avropa Birliyi (42,6 mln. dollar) daxildir.

Bu il Gürcüstan ümumilikdə 207,5 mln. dollar məbləğində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da 2017-ci ilin eyni göstəricisindən 34,7% çoxdur. Qonşu ölkənin əsas ixrac məhsulları təbii üzüm şərabı, mineral və adi sular, spirtli içkilər və qoz-fındıq olub.

скачать dle 12.1
Xəbər lenti