İqtisadçı Rövşən Ağayev
Euronews-un Türkiyə bölüməsinin 3 ay əvvəl hazırladığı bir araşdırma qarşıma çıxdı – 35 Avropa ölkəsi+Türkiyədə yeni fəaliyyətə başlayan müəllimlərin illik qazancları ilə bağlı geniş araşdırma məqaləsi hazırlayıb.
Ölkələr üzrə müəllimlərin llik qazancları həm nominal (cari məzənnə), həm də alıcılıq qabiliyyəti pariteti (AQP) əsasında təqdim edilib. Məlumatlar 2020-ci ilin yekunlarına aiddir.
Nominal məzənnə ilə yeni fəaliyyətə başlayan müəllimlərə ən yüksək məvacib (vergi çıxılmadan) ödənən ilk 5 ölkə aşağıdakı kimidir:
O zaman üçün Türkiyə üzrə bu göstərici 8330 dollar təşkil edib.
Ölkələrarası qiymət fərqini nəzərə alan AQP əsasında hesablamaya görə, ilk 5-likdə gənc müəllimlərin məvaciblərinin sıralaması belədir:
Türkiyədə isə AQP ilə illik gənc müəllim maaşı həmin dövr üçün 28455 dollar olmuşdu.
Göründüyü kimi, alıcılıq qabiliyyəti baxımından Avropa məkanında ən yüksək həyat standartlarına sahib gənc müəllimlər Almaniyadadır.
Soruşsanız Azərbaycanın yeri hardadır orda, kobud hesablama belə bir mənzərəni ortaya qoyur: Nominal məzənnəyə görə, Almaniyadan təxminən 16 dəfə, AQP-yə görə 6 dəfə fərq var.
Nominal maaş göstəricinə görə, Azərbaycanda gənc müəllimlərin illik maaşı 36 ölkə arasında ən axırıncı yerdə olan Albaniyadan da təxminən 20% aşağıdır. AQP-yə görə isə yalnız Albaniya ilə müqayisə ediləcək məbləğdədir. Yazının linkini şərh yerinə əlavə edəcəm, maraqlananlar oxuya bilər.