Zəlzələnin nəticələrini aradan qaldırmağa azı 45 milyard dollar lazım olacaq

11-02-2023, 15:39
4 306
Zəlzələnin nəticələrini aradan qaldırmağa azı 45 milyard dollar lazım olacaq

İqtisadçı alim Qubad İbadoğlu

“Bloomberg Economics”in hesablamalarına görə, zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Türkiyə ÜDM-nin 5,5 faizi qədər vəsait xərcləməlidir. 2022-ci ilin nəticələri üzərində hesablamalar göstərir ki, bu təxminən 45,1 milyard dollar edir. Bu hələ birbaşa ziyandır, bununla yanaşı zərərin tam miqyasını təsəvvür etmək üçün bəzi rəqəmləri də bölüşmək istərdim.
Dünya bankı Türkiyəyə xilasetmə və bərpa işləri üçün təcili qaydada 1.78 milyard dollar vəsait ayırıb.
Zəlzələ 10 əyalətdə yaşayan 13,4 milyon əhaliyə ziyan vurub ki, bu da Türkiyə əhalisinin 16 faizi qədərdir, bu o deməkdir ki, Türkiyədə hər 6 nəfərdən 1-i zəlzələdən təsirlənib.
Zəlzələ ərazisinidə 3,3 milyon ev təsərrüfatına ziyan dəyib, 6444 bina dağılıb.
2021-ci ildə zəlzələ ərazisi olan əyalətlərdə Türkiyənin ÜDM-nin 8,9 faizi, emal sənayesinin 9,4 faizi formalaşıb.
Zəlzələdən sonra Türkiyədə işzislik, yoxsulluq və inflyasiya göstəriciləri də xeyli pisləşəcək. Türkiyə iqtisadiyyatı tənəzzülə girəcək. İqtisadiyyatda gözlənilən böhran həmçinin bir müddətdən sonra Türk lirəsinə təzyiqləri da artıracaq.
Zəlzələ qurbanlarının sayının 35-52 min nəfər arasında olacağı, yaralananların sayının isə 100 min nəfəri ötəcəyi barədə proqnozlar səsləndirilir. Fikrimcə, Türkiyənin ən böyük itkisi budur. Heç şübhəsiz ki, bir müddətdən sonra başlayan bərpa işləri oranı indikindən də gözəl yaşayış məskənlərinə çevirəcək, amma insan itkilərini geri qaytaqmaq mümkün deyildir. Allah zəlzələ qurbanlarına rəhmət etsin, qardaş ölkə üçün çox ağır itkidir, Türkiyənin acısı bizim acımızdır Başın sağolsun, Türkiyəm!

скачать dle 12.1
Xəbər lenti