Şəmkir sakini özünü güllələdi

1-10-2016, 05:43
0
Şəmkir sakini özünü güllələdi
Şəmkir rayon sakini  odlu silahdan açılan atəş nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilib. 
Rayonun Yeni Həyat kənd sakini 1975-ci il təvəllüdlü Fəxrəddin Aslanov sağ  pəncənin dəlib deşmiş odlu silah yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Yaxınlarının sözlərinə görə, F.Aslanov sərxoş vəziyyətdə ehtiyatsızlıqdan odlu silahdan atəş açaraq, özü-özünə xəsarət yetirib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 
скачать dle 12.1
Xəbər lenti