Masazırda marketdə ödəniş terminalı sındırılıb, kassadakı pullar oğurlanıb

1-10-2016, 05:44
0
Masazırda marketdə ödəniş terminalı sındırılıb, kassadakı pullar oğurlanıb
Abşeron Rayon Polis İdarəsinə müraciət edən vətəndaş Fikrət İsmayılov ona məxsus  Masazır qəsəbəsində olan  mağazadan oğurluq olunması barədə məlumat verib.   Hadisə yerinə baxış keçirən polis əməkdaşları oradan kassada olan təqribən 690 manat  pulun və mağazada "E- manat" ödəmə aparatının sındırılaraq içərisində olan nağd pulun oğurlandığını müəyyən ediblər. Rayon polis idarəsinin cinayət axtarış şöbəsinin keçirdiyi əməliyyat tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən  Əflatun Bayramov saxlanılıb. İstintaq zamanı dindirilən Bayramov əməlini səmimi etiraf edib.
 
Onun sözlərinə görə o, sözü gedən mağazanın yaxınlığında usta işləyib. Əflatun Bayramov hadisəni gecə vaxtı törətdiyini deyib. Əvvəllərdə məhkumluq həyatı yaşayan Əflatun Bayramov asan yolla əldə etdiyi pulları öz istirahəti üçün xərclədiyini bildirib.
 
 Faktla bağlı rayon polis idarəsində cinayət işi başlanıb araşdırma aparılır.
скачать dle 12.1
Xəbər lenti