Bakıda 33 yaşlı kişi bıçaqlandı

1-10-2016, 05:45
0
Bakıda 33 yaşlı kişi bıçaqlandı
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
Mehmandarov küçəsində  33 yaşlı Ceyhun Yarmetov yaşadığı binanın həyətində bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib. 
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə məlumat verilib. Hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.
скачать dle 12.1
Xəbər lenti