Dəyirmanın hasarı uçdu, iki nəfər öldü - XIRDALANDA

19-12-2016, 15:41
0
Dəyirmanın hasarı uçdu, iki nəfər öldü - XIRDALANDA
Abşeronda bədbəxt hadisə baş verib, 2 nəfər ölüb.
 
Xırdalanda dəyirmanın hasarı uçub. Nəticədə iki fəhlə uçqun altında qalaraq, ölüb. 
 
Abşeron rayon Prokurorluğundan APA-ya bildirilib ki, "Arient" MMC-yə məxsus dəyirmanın hasarı aşıb. Nəticədə 1994-cü il təvəllüdlü Rəcəb Cavadov və 1995-ci il təvəllüdlü Sadiq Mehdiyev uçqun altında qalaraq, ölüblər.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi başlanıb.

 

скачать dle 12.1
Xəbər lenti