“Mənəviyyat üzərində qurulmayan dövlət məhvə məhkumdur”

4-10-2015, 19:25
0
“Mənəviyyat üzərində qurulmayan dövlət məhvə məhkumdur”

Nə qədər ki, Azərbaycanda avtoritar üsul-idarə hökm sürəcək, nə qədər ki, hər şey tək bir insanın iradəsindən asılı olacaq, ictimai rəy istənilən effekti verməyəcək”

Eldəniz Quliyev: “Bu gün AXCP yeganə partiyadır ki, cəmiyyətin azadlıq arzularının məhv edilməsinə qarşı çıxır

Jurnalist Sərdar Əlibəyli Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevdən müsahibə alıb. “Azadlıq” qəzetinə göndərilən müsahibəni təqdim edirik.

– Eldəniz müəllim, ildən-ilə ölkə əhalisinin həyat şəraiti, sosial durumu ağırlaşmaqdadı və vəziyyət cəmiyyətin aparıcı qüvəsi olan ziyalıların susqunluğu ilə müşayiət olunur. Sanki ziyalılar ölkədə gedən bütün proseslərdən təcrid olunublar.

– Düzgün qeyd elədiniz ki, müstəqil ziyalılar ölkədə baş verən iqtisadi-siyasi, psixoloji hadisələrin əksəriyyətindən təcrid olunublar və məncə, bu, düşünülmüş şəkildə edilir. Əgər, sözün əsl mənasında, ziyalı ləyaqətli, nəcib bir insandirsa, o,təbii ki, öz olkəsinin gələcəyi haqqında, onun,inkişafı, çiçəklənməsi yönündə daha düzgün, daha vicdanlı yollar göstərməyə borcludur. Təəssüf ki,hazırki diktaturuya meyilli,avtoritar üsul-idarə sahibləri belə mütərəqqi fikirli insanlarin ölkənin qlobal məsələlərində iştirakini arzu etmir vəhətda bundan aşkarcasına cəkinir. O ki qaldi ziyalıların susmağına…bu fikirdə bir həqiqət var və belə suallar tez-tez səslənir. Ziyali sözü, ağsaqqal məsləhəti bizim cəmiyyətimizdə hər zaman hava-su qədər vacib olub.Bizim mental şüurumuz da, tariximiz, adət-ənənələrimiz də göstərir ki, biz öz yaşam tərzimizi patriarxal qadagalar üzərində, islami-əxlaqi dəyərlər üzərində isə – öz taleyimizi qurmağa üstünlük vermiş.Və həmişə də agsaqqal məsləhəti, ziyali sözü əsas tutulub. Bu gün mənim özüm üçün də təəccüblüdür ki, ölkə bu qədər problem icində ola-ola, ziyalilar niyə susurlar? Əslində bu bir nonsensdir. Dünya tarixində, elə uzağa getməyək, rusya tarixində də bütün imtiyazlardan imtina edərək haqsizliğa qarşi cixan, sürgunlər görən, min bir əziyyətə qatlaşan ziyalilar olub. İndinin özündə də var. Amma bizimkilər ancaq bir tumara, bir fəxri ada, mənzilə, yüksək maaşa görə xalqin durumunu gorməzliyə vururlar.Onlar real vəziyyət haqqinda danişmamaqla, lalliğa, real vəziyyəti eşitməməklə- karliga üstünlük verirlər.Bu, özlüyündə, boyük təəsüf hissi doğuran eksentrik situasiyadır.

– Bununla belə əsil ziyalilar hər zaman müxtəlif ictimai siyasi xarakterli çabalar göstərirlər.Bu çabaların ictimailəşməsi məsələsini necə həll etmək olar?

– Bilirsiniz, ən sivil, böyük hərbi arsenala malik olan super-dövlətlərdə də topdan tüfəngdən, hətta atom bombasından daha artiq, siyasi elitanin cəkindiyi ictimai rəy, fikir olub.Amma deməliyik ki, nə qədər ki, Azərbaycanda avtoritar üsul-idarə höküm sürəcək, nə qədər ki, hər şey yaxsi ya pis olmasindan asli olmayaraq, tək bir insanın iradəsindən asili olacaq, ictimai rəy istənilən effekti verməyəcək.Bizim də təbii ki, başqa cixiş yolumuz, yaxud materialımız yoxdur.Yalniz ictimai rəyə işləyirik .Bu halda da, nə muxalifət, nə iqtidar olmayan, ancaq xalqin mənafeyini güdən insanlar, hər iki tərərfin təziq və təsirlərinə məruz qalirlar.Ancaq hər iki tərəf unudur ki, əli hər şeydən üzülmüş, inamı sarsılmış insanlar Azərbaycanin azi doğsan faizini təşkil edir.Hesab edirəm ki, bu insanlarin ictimai rəyə hesablanmiş işləri təqdir olunmalidir.

– Bu gün işğal olunmuş ərazilərimiz, milyondan artiq qacqinlarimiz var.Böhran da iqtisadi səfalətlə həyat normasina cevrilib.Bütün bunlar azmiş kimi mənəviyyat sahəsində ciddi aşınmalar müşahidə olunur.Ancaq itirilmiş mənəviyyatin geri qaytarilmasi çox müşkül məsələdi. Sizcə, bu məsələdə axirimiz necə olacaq.Və aşinan mənəviyyatımızın, hec olmasa bundan sonar, qalan hissəsini qorumaq ücün nə etmək lazimdir?

– Həqiqətən də mənəvi aşınmaların olduğu və hər gün bir az da coxaldığı aydin şəkildə hiss olunur.Bu isə o deməkdir ki, azərbaycanli toplum bir etnos, bir millət kimi faciəyə doğru gedir.Əslində, qeyri mümkün hec nə yoxdur.Siz düz buyurdunuz. İqtisadiyyati dağılıb çökmüş bir məmləkət nə vaxtsa öz iqtisadiyyatını dirçəldə bilər.Amma mənaviyyatı aşinmaya məruz qalmiş bir xalq onu cətinliklə bərpa edə bilər.Və bu gün həmin aşınmaya məruz qalmış mənəviyyatımızın, pozulan əxlaqımızın, milli- mənəvi dəyərlər sistemimizə qarşi təhdidlərin səbəblərinə sinə gərməsək, qorunmasaq… acı, çox acı nəticələrlə üzləşəsiyik. Bir də, bu yöndə mühüm məsələ kimi deməliyik ki, başımıza gələn bir çox bəlaların əsas səbəbi elə mənəviyyatsızlıqdır. Biz deyirik ki, Qarabağ faciəsi, Qarabağ acısı, itirilmiş torpaqlar, erməni separatçılığı, nə bilim, rusların köməyi ilə torpaqlarımızın işğalı və sair, amma yaddan çıxarırıq ki, bunun səbəblərindən,ğzü də əsas səbəblərindən, biri də içimizdə olan mənəviyyatsızlıqdı.

– Satqınlıq, dönüklük…

– Düzü mənim bu sözlərdən xoşum gəlmir, amma satqınlıq, əqidə dönüklüyü də elə mənəviyyatsızlığın tərkib hissəsidir; milli şüur, mental və mənəvi dəyərlərin mifologenləri qorunmasa, vətənsevərlik duyğuları aşılanmasa,- “qızıl teşt” fenomeni üzə çıxır. Tutaq ki, hər şey gözəldi, yaxşıdı,pozitivdi, amma mənəviyyatı olmayan bir toplumun varlığı “neynirəm o qızıl teşti ki, içinə qan qusacağam” misalına bənzəməyəcəkmi? Yəni bu gün hər bina öz özülü üzərində duruş gətirdiyi kimi, istənilən dövlət də, dövlətçilik də, ilk növbədə onu yaradan xalqın mənəviyyatı üzərində qurulmalıdır. Səmimi sözümdü, mənəviyyat üzərində qurulmayan hər hansı ailə və dövlət, geci-tezi məhvə məhkumdur.

– Siz özünüz də yazıçı və cəmiyyətimizdə sayılıb-seçilən ziyalılardan təmsil olunan bir təşkilatın rəhbərisiz. Bəziləri deyirlər ki, ədəbi mühitimizdə bir boşluq var. Bu boşluğu müxtəlif aspektlərdən izah edirlər, yəni keçici, ötəri bir proses kimi. Bir sıra yazarlar da peyda olublar ki, özlərini bəzən modernist, bəzən də postmodernist adlandırırlar. Onlar iddia edirlər ki, indiyədək Azərbaycan ədəbiyyatı olmayıb, əsl ədəbiyyatı biz yazmağa başlayırıq. Bütün bunlara münasibətiniz necədir?

– Mən sizin bu sualınıza bir neçə kəlməylə cavab verə bilərdim ki, böyük səhv eləyirlər… Ancaq dərindən düşünsək, daha düzgünü bu olardı ki, o cavanların içində, əlbəttə ki, istedaddan məhrum olmayan yazarlar, şairlər də var. Hərçənd çox vaxt onlar adicə bir həqiqəti unudurlar: sabahı dünənsiz yaratmaq mümkün deyil. Bu gün sən sabahı qurmaq istəyirsənsə, dünən mütləq şərt kimi ortada olmalıdır. Çünki tarixdə bir həqiqət var: Real olan dünəndir – nə sabah, nə də bu gün real deyil. Bu günün nəyinisə analiz və dərk eləyə bilmək üçün, əsas istinad nöqtəsi dünəndir. Düzdür, mən bir az obrazlı şəkildə deməyə çalışdım, amma indi həmin o yeni yazarlar – əlbəttə, hamısını nəzərdə tutmuram, – dəvəquşu kimidilər, başlarını soxublar quma, quyruqları bayırda… İnanın ki, onların çoxu ədəbiyyatdan, bədii həqiqətdən, ruhdan, Allahın pıçıldadığı Səsdən, Sözün müqəddəsliyindən xəbərsizdilər. Əgər anlasaydılar ki, ilk əvvəl Söz yaranıb, onda onların bunca məsuliyyətsizlikləri də olmazdı. Onlıarın istedadlı yazıçılara, şairlərə, hücumlarını da oxumuşam və çox vədə təəssüf hissi keçirmişəm. Mənim üçün bir fakt var: ortaya bir əsər qoymamış, tarixə çevrilmiş insanlar haqqında nifrin dolu, kin-küdurət dolu monoloqlar tirajlamaq heç kimə baş ucalığı gətirmir, ələlxüsus cavanlara.

– Bundan sonra ədəbiyyata gələnlərin ədəbiyyatımıza bu cür yanaşmasına necə baxırsınız?

– Mən ümumiyyətlə ehkamların əleyhinəyəm. Tutaq ki, “Fizuli, Nəsimi, Nizami, Xətai və sair mutəfəkkirlərə mütləq şəkildə səcdə eləməliyik” fikrinin mən də əlehinəyəm. Amma bu da faktdır ki, onlar əbədi ədəbiyyat yaradıblar, bir xalqın ruhunu təmsil eliyiblər. Onlar olmasaydı da, bəlkə Azərbaycan olardı, amma tamam başqa cür: sifətlərdəki gülüş azalardı, xeyrxahlığımız, insaniyyətliyimiz azalardı.Sevgilərin,istəklərin rəngi-ruhu bozarardı.Onda bizim, dediyiniz sinəsinə döyən gəng yazarlar da olmazdı heç. Yəni bu, inkar olunmaz bir həqiqətdir. Bu, toplu halında milli Azərbaycan ədəbiyyatıdır və sən ədəbiyyatda nə isə eləmək istəyirsənsə, kosmosdakı kimi, çəkisizlik şəraitində heç nə yarada bilməzsən. Əgər sənin əlini tutmağa, istinad etməyə, ayağını qoymağa bir yer,dayaq yoxdursa, heç nə eləyə bilməyəcəksən. Və o cavan yazarların tam əksəriyyətinin iddiaları heç yerdən yapışa bilməmləridir. Onlar nə əllərini, nə ayaqlarını qoya bilmədikləri, qoymaq isətəmədikləri üçün, nəticədə, başlarıyla da heç nə eləyə bilmirlər. Əlqərəz, Azərbaycan ədəbiyyatı olub, var və heç şübhəsiz ki, bundan sonra da olacaq. Amma eyni zamanda, psevdo ədəbiyyat da olub, var və bütün bunlar, hətta haqqında danışdığımız o cavanların öz qəzetləri, məqalələri və cəfəng köşə yazıları ilə bir yerdə, nəhayyətdə, ciddi sənət üçün bir stimuldur. Biz həmişə nümunə göstərə bilmərik ki, sən belə olmalısan. Bir çox hallarda nümunə ”belə olmaq düzgün deyil” formasında da təzahür eləməlidir.

– Ziyalı fikrinin yenidən ictimai fikrin ancaq inkişafı üçün təkanverici qüvvəyə çevrilməsində telekanalların mətbuatın istəyi olsa, təşkilatınız və şəxsən özünüz də əməkdaşlığa gedərsinizmi?

– Çox qəribədir, təbii ki, ziyalı işıqdır və qaranlığın bitdiyi tükəndiyi bir anlamdır. Amma eyni zamanda, ziyalı təkcə işıq da deyil. O, daha çox işığın fəaliyyətidir. Bu mənada, ziyalı həmişə öz ləyaqəti,nüfuzu və bütün varlığı ilə milli mənafedən çıxış edən, xalqın ağrı-acısını özünə hopduran alicənab bir insandır. Belə bir deyim də var: “Allah-Təala hər bir ziyalı insanı mələk yaradıb, sadəcə,- insan formasında.” Bu haqda düşünmək lazımdı. O ki qaldı sizin sualınıza, KİV-lər, ələlxüsus televiziyalar, çox böyük təsir dairəsinə malikdir, amma heyif ki, baxmayaraq ekrandan, yəni hamının evində,işində olan o qutudan işıq gəlir, ancaq o özü parlaq bir işığa möhtac qalan sahədir. Televiziyaların bu gün mənəviyyatımıza, milli dəyərlərimizə, əxlaqımıza(qəsdən və ya bilmədən) vurduğu zərəri, yüz adam yığışıb yüz ilə vura bilməz.Bu arada sizə çox vacib bir məqamı açıqlayım.Heç bir televiziya yiyəsinə, hətta yiyəsinin yiyəsinə belə, ixtiyyar verilmiyib ki, hər bir evə icazəli-icazəsiz “təşrif buyuran” bu “qonağa” o imkanları yaratsın ki, əxlaqımıza, yaşam tərzimizə, mənəviyyatımıza xələl gətirsin. Bunları nəyə görə deyirəm? Çünki çox vacib bir nüans: torpaq, hava, göy üzü,arzu,istək və sair – hamıya mənsub olan anlayışlar var. Onlar təkcə bir nəfərə ya bir millətə yox, hamıya məxsusdur,eyni zamanda, hər millətin də bütün fərdlərinə mənsub olan xüsusi dəyərləri var, – məsələn, dövlətçilik, azadlıq, bərabərlik… Bunlardan biri də – televiza efiridir. Və heç bir televiziya yiyəsinə icazə verilmir ki, hamımızın olan efir məkanından öz kefi istədiyi kimi istifadə eləsin. Bu,mənim sənin bizim hüquqlarımıza təcavüz, bəlkə də cinayətdir. Əgər bunlar, bir çox hallarda düşünülmüş şəkildə əxlaqa zidd siyasət yürüdürsə, bunun başqa adı yoxdur. Bir çox TV kanalları elə bil ki, qəsdən, bilərəkdən milləti toplum olaraq manqurtlaşdırmaqla, onun genetik kodlarını korlamaqla, zehinlərə yalan virusu yeritməklə məşğuldur. Və bu, çox böyük bəladır. Sizə bir misal deyim. Bir dəfə “Mənəviyyatımızı qoruyaq” adlı tədbir keçirirdik və bütün televiziya kanallarını dəvət etmişik. Bizdən əvvəl həmin Beynəlxalq Mətbuat Mərkəzində başqa bir tədbir keçirilirdi. Biz gözlədik və onlar çıxdılar. Hamısı yarımçılqap qızlar, qadınlar idi. Bunların dalınca ATV, ANS, İctimai, AzTV, bir sözlə, bütün kanallar əllərində kameralar, mikrafonlar çıxdılar. Öyrəndik ki, şou-biznes nümayəndələri və “populyar” müğənnilərin prodüserləri mətbuat konfransı keçirirmişlər. Sonra həmin zala biz girdik. Ağsaqqallar, ziyalılar, təmiz əqidəli müstəqil ictimai xadimlər,xalq üçün nə isə xeyirli bir iş görmək istəyən insanlar idi. Amma bizim tədbirə bircə dənə də olsun televiziya kanalı qatılmadı… Bu nədən xəbər verir? Millətin mənəviyyatını, etikasını, tarixini ədəbiyyatını əlindən al-vəssalam,-həmin millət yox olacaq. Cəmiyyətin milli dəyərlər və əxlaq sistemi çürüyəndə, dövlət və dövlətçilik sistemi də dağılır. Bu gün ağızdolusu deyirik ki, ölkədə çoxlu körpü inşa edilir! Amma di gəl ki, addım başı insanlar arasında ünsiyyət körpüsü dağılır. Bəla bundadır. Məni ağrıdan budur ki, mədəni irsimizə, mənəviyyatımıza olan bu sayqısızlıq elə-belə baş vermir. Belə çıxır ki, bu vəziyyət ya ölkədə mövcud olan ideoloji boşluqdan, ya da hansısa qüvvələrin məkirli niyyətlərindən qaynaqlanır. San ki kimlərsə bu millətdən plastilin xalq düzəltmək istəyir. Niyə bu qənaətdəyəm? Çünki mədəni dayaqları və mənəviyyatı çiliklənmiş bir millətin milli sərvətini talamaq və o milləti istədiyin kimi idarə eləmək asan olur. Yəni sən onun tarixi yaddaşını oğurla, onu ancaq bir qarın çörəyə möhtac qoy, qorxaq, gözüqıpıq elə, təbii instinklər səviyyəsinə çatdır… bundan sonra onu sürü kimi otarmağa nə var ki? Biz qətiyyətlə belə hallara qarşı dirəniş göstərməliyik. Və ölkənin müstəqil adlandırılan televiziya kanalları, sədd heyf ki, bu təhlükələrə qarşı çıxmaq əvəzinə, bəzən əksinə, – köməkçi rolunu oynayırlar. Yavaş-yavaş, addım-adım faciəyə çevrilən problemin buynuzu olmur ki!..Mən özüm də televiziya işçisi olmuşam, 25 ildən artıq kino sahəsində işləmişəm. ABA televiziyasının qurucularından biri olmuşam və vaxtında da oradan uzaqlaşmışam. Bir də, mən demirəm ki, biz senzura qoyaq, amma məhdudiyyət mütləq olmalıdır. Gəlin, məhdudiyyətlə senzuranı qarışdırmayaq. Əgər bir insanın taleyinə neqativ təsirlər olacaqsa, onun gələcək həyatına televiziya vasitəsilə çirkinlik gələcəksə, dünyaduyumu korlanacaqsa, deməli, məhdudiyyət qoyulmalıdır. Bir sözlə, biz övladımızın, evimizin, doğma torpaqlarımızın, xalqımızın, dövlətçiliyimizin şərəf və namusunu qoruduğumuz kimi, ondan beş qat artıq mənəviyyatımızı qorumalıyıq. Qorumasaq, bu, son deməkdir. Özü də sonun başlanğıcı yox, elə sonun özü deməkdir.

– Eldəniz müəllim, istəsək də, istəməsək də bəzi siyasi yönlü suallardan qaça billmərik. Siz, həm Ziyalılar Forumunun, həm də Milli Şuranın yaranmasında yaxından iştirak etmisiz. Bu qurumların fəaliyyəti barədə fikirləriniz maraqlı olardı.

– Ziyalılar Forumu, necə deyərlər, vaxtında və yerində yaradılmışdı. Hörmətli Rüstəm İbrahimbəyovun təşəbbüsü və iştirakıyla çox qısa zaman ərzində geniş fəaliyyətə başladıq. Rafiq Əliyev,Ramiz Rövşən,Gültəkin Hacıbəyli,Eldar Namazov,Elçin Şıxlı, Əkrəm Əylisli, Cəmil Həsənli,Musa Yaqub, eləcə də digər dəyərli ziyalılar bir araya gəldilər.Ortaya, sözün əsl mənasında ziyalı mövqeyi qoyuldu – xalqın səsini, sözünü dedilər; ölkənin çoxsaylı problemlərini həll etmək, dərd-sərinə, ağrı-acısına sahib çıxmaq üçün bir sıra mütərəqqi addımlar atıldı.İnsanlar gördülər ki,ziyalılar susmayıb,onlar kor,kar da deyillər. Gördülər ki, bu nəcib şəxsiyyətlər öz əsas missiyalarını yerinə yetirmək,öz xalqının vicdan simvolu olub, heç nədən qorxub-çəkinmədən Onun məsuliyyətini daşımaq üçün öndədirlər. Ən azından, bu işlərin vacibliyinin fərqindədilər.

– Mən bilən, elə Milli Şura ideyası da, ilk olaraq Ziyalılar Forumunda səsləndirildi.

– Elədir. O vaxt qarşıdan Prezident seçkiləri gəlirdi və başda Rüstəm İbrahimbəyov olmaqla, əksər dostlar ölkə üçün önəmli əhəmiyyət daşıyan bu hadisədən kənarda qalmağı düzgün saymadılar. Beləliklə ZF-dan bəzilərimiz Milli Şuranın təşəkkül tapmasının optimal yollarını aradıq. Onun doktrinasını,real ictimai-siyasi güc mərkəzinə çevrilməsi üçün, strateji prinsiplərini, formatını və prioritet hədəflərini müəyyənləşdirdik. Ölkə vətəndaşları demokratik dəyişikliklər istəyirdi. İnsanlar avtoritar üsul-idarənin fəsadlarından bezmişdilər. Ölkə idarə olunan xaos içərisindəydi.Məhz elə bu səbəblərdən xalq Milli Şuraya üz tutdu. Milli Şuraya güvəndi, inandı. İnandı və dəstək verdi. Elə bil, hamı anladı ki, Milli Şura onun iradəsini əks etdirir və Milli Şurada təmsil olunanlar Milli Şüur daşıyıcılarıdır. Yəni qanı qanından, əti ətindən olan insanlardı… və bunlar heç bir halda Onu-xalqı yarı yolda qoymayacaq!

– Amma sonradan…

– Gəlin, sonrasını sonra müzakirə edək,olarmı?.. Çünki bu, geniş açıqlama tələb edən çox ciddi söhbətin mövzusudu.

– Tamam. Siz AXCP-nin bu günlərdə keçirilən qurultayında iştirak etdiniz,hətta orada çıxış da yapdınız.

– Bəli, Sərdar bəy. AXCP Milli Şurada təmsil olunur və biz bir YOLun yolçularıyıq. Sözün düzü, mən, “möhtəşəm”, “əzəmətli” və sair bu kimi ifadələrdən qaçmağa çalışıram,amma bu dəfə deməliyəm ki, AXCP-nin son qurultayı həqiqətən də möhtəşəm keçdi. Sevindim və qürur duydum. Əli Kərimlinin proqram xarakterli hesabatı çox mütərəqqi, tutumlu, səmimi və dəyərli çıxış idi. AXC, daha sonra isə AXCP tariximizi qoruyan,tarix yazan və elə tarixin özünü yaradan saf niyyətli siyasi qurumdur. Bəlkə də bu gün yeganə partiyadır ki,cəmiyyətin azadlıq arzularının, müqavimətinin və onun immun sisteminin məhv edilməsinə qarşı çıxıb da, ləyaqətlə mübarizə aparır. Fədakar cəbhəçilər bütün əzab-əziyyətlərə, məhrumiyyətlətə,təqib-təzyiqlərə, şantaj və həbslərə baxmayaraq, yenə də ayaqdadılar.Bunu inkar eləmək, ən azından Allahsızlıq olar. Bu gün AXCP Milli Şurada təmsil olunan ziyalılar, inanclı kəsim,ictimai xadimlərlə bir yerdə, çiyin- çiyinədir və bu BİRLİK Azərbaycan xalqının “Məhəng daşı” funksiyasını daşıyır.

скачать dle 12.1
Xəbər lenti