“Hakimiyyət yol ayrıcında qalıb”

2-03-2016, 19:13
0
“Hakimiyyət yol ayrıcında qalıb”

Gültəkin Hacıbəyli: “Onun Suriya məsələsində mövqeyi, məlum olur ki, ümumiyyətlə yoxdur”

«Türkiyə həmişə Azərbaycanın yanında olub; bu gün də belədir vəhəmişə də belə olacaq»

«Suriyada qaldığı hər gün Rusiyanın onsuz da sanksiyalar və ucuz neft qiymətlərilə çökdürülmüş iqtisadiyyatının daha artıq zorlanması deməkdir»

Dünyanın ən qaynar nöqtələrindən olan Suriyada baş verənlər, Azərbaycan hakimiyyətinin bu münaqişədə tutduğu mövqe, Türkiyə ilə münasibətlərimiz, regionda son durum və gündəmdə olan başqa məsələlərlə bağlı suallarımıza Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli cavab verir.

– Gültəkin xanım, bu gün dünyanın siyasi nəbzi Suriyada vurur. Suriyada baş verənlər kifayət qədər mürəkkəb mənzərə yaradıb. Bir tərəfdən atəşkəs elan edilib, digər tərəfdən atəşkəsə əməl olunmur. Suriyada vəziyyəti ümidverici adlandırmaq olarmı? Konfliktin sonu görünürmü?

– Suriya konflikti hazırda, belə demək mümkünsə, sivilizasiyalararası savaşın cəbhəxəttidir və və bu savaşın hələ uzun müddət davam edəcəyinə şübhə yoxdur. Qərb vəRusiyanın bu bölgədə – Suriyada toqquşması Qərbin uğurudur. Rusiya Suriyada özünü bataqlığa salıb və hələ uzun müddət oradan çıxa biləyəcək. Rusiya dünya tərəfindən dışlanmasının qarşısını almaq, ABŞ və Avropa Birliyi ilə bir masa əfrafında əyləşmək, Qərbi onunla hesablaşmağa sövq etmək, daxildə yaratdığı Qərbin düşmən obrazını möhkəmləndirmək və bununla da maddi rifahı günü-gündən pisləşən rus obıvatelinin beynini “milli-vətənpərvərlik” düşüncələrilə dumanlandırmaq naminə, eləcə də Krımı və Ukrayna konfliktini arxa plana keçirmək üçün yeni bir münaqişə ocağı yaratmalı idi. Xoşbəxtlikdən bu dəfə bizim bəxtimiz gətirdi və Putin daha böyük destabilizasiya imkanları və daha böyük manipulyasiya şansları olan Cənubi Qafqazı aşaraq cənuba üz tutdu. Bunun da səbəbləri var. Burada istər Azərbaycan, istərsə də Ermənistan siyasi rəhbərliyinin praqmatik davranışları, hər iki tərəfin sərhəd konfliktlərini dərinləşdirməklə Kremlə şans tanımağa könülsüzlüyü və sözsüz ki, prosesi açıq vəgizli formada idarə edən Qərbin preventiv addımları böyük rol oynadı. Ancaq, çox mühüm olsa da, əsas səbəb bu deyil. Rusiya öz sərhədlərinin yaxınlığında, həm də ən həssas və separatizmə ən çox meyilli olan Şimali Qafqaz bölgəsinin qonşuluğunda yeni bir silahlı münaqişə ocağının yaranmasına risk edə bilməzdi. Digər tərəfdən, Putinin Azərbaycan və hətta Ermənistan siyasi rəhbərliklərinə və xalqlarına tam güvəni yoxdur. O çox gözəl anlayır ki, Qərblə bütün körpüləri yandırmış BəşəƏsəddən fərqli olaraq nəinki Azərbaycan, hətta Rusiyanın forpostu olan Ermənistanın belə Avropa Birliyi kimi real və cəlbedici alternativi var. Cənubi Qafqazda Gürcüstan kimi məğrur bir dirəniş örnəyinin olması da istər-istəməz Rusiyanın Qafqaz kompleksini dərinləşdirən önəmli bir faktordur. Nəticədə, Putin Suriyanı seçdi və özünü ikinci birƏfqanıstan bataqlığına saldı.

– Hazırda Suriya cəbhəsində yaşananlar Rusiyanın məhz hədəf olaraq Türkiyəni seçməsi ilə bağlı deyilənləri təsdiqləyir…

– Şübhəsiz. Bu gün Suriyanın ərazisi əsasən dörd qüvvənin nəzarəti altındadır. Ölkənin 40 faizinə Islam Dövləti Ordusu, 25 faiz əraziyə PKK-nın Suriya qolu olan PYD, 20 faizə yaxın hissəyə Əsəd qüvvələri və 15 faizindən bir az çoxuna isə müxalifət silahlıları nəzarət edir. BəşəƏsədin Suriya xalqı arasında real dəstəyi yoxdur. Suriyaəhalisinin 75 faizi sünni, 12 faizi özlərinə şiə deyəələvilərdir, 10 faizi isəxristianlardır. Ölkə əhalisinin 88 faizi BəşəƏsədi qəbul etmir. Onu hakimiyyətdəyalnız repressiya maşını və ordu, daha sonra isə Iranın birbaşa hərbi dəstəyi saxlayıb. Burada bir haşiyə çıxaraq BəşəƏsəd rejimini legitim hakimiyyət adlandıranların riyakarlığına diqqət çəkmək istəyirəm. Rusiyanın hava hücumlarınadək BəşəƏsəd Suriyanın yalnız 16 faizinə nəzarət edirdi. Rusiyanın hava zərbələrinin dəstəyi ilə Əsəd rejimi öz ərazilərini 19,8 faizə qədər artıra bildi. Ancaq Rusiyanin hərbi müdaxiləsindəən çox qazanan PKK olub. PKK-nın Suriya qolu olan PYD rus hava hücumlarının müşayiəti ilə nəzarət etdiyi əraziləri 10 faizdən 25 faizədək artıra bildi. Bu 15 faiz formal olaraq IŞID-in nəzarətində olan ərazilər idi. IŞID hazırda Suriyanın 40 faizinə nəzarət etsə də, bu, nisbi üstünlükdür. Çünki, IŞID-in işğal etdiyi ərazilərdəçox az sayda insan yaşayır. Nə qədər qorxunc və iyrənc olsa da, IŞID tam perspektivsiz, saxta bir güruhdur. Ancaq PYD haqqında bunu deyə bilmərik. Çünki Rusiyanın silahlandırdığı və hər cür yardımla təmin etdiyi bu terror təşkilatını yerli kürd əhalisi də kifayət qədər dəstəkləyir. Ən acınacaqlısı budur ki, PYD öz ərazilərini Türkiyə sərhədi boyu genişləndirir və qarşısına Türkiyəni mühasirəyə almaq məqsədini qoyub.

– Suriyada sülhün perspektivlərinə inanırsınızmı?

– Bu gün Suriya bataqlığa çevrilib və indi konfliktin əsas təyinatı Rusiyanı mümkün qədər çox bu bataqlıqda saxlamaq və Rusiya iqtisadiyyatını yıpratmaqdır. Onsuz da can verən Rusiya iqtisadiyyatı Suriya yükünü çəkməklə çox zorlansa da, Qərbin heç bir halda BəşəƏsədin Suriyanın siyasi gələcəyində rol almayacağı ilə bağlı israrı Rusiyanı çətin durumda buraxıb. Iran, yəqin ki, yavaş-yavaş, sifətini saxlamaqla bu bataqlıqdan çıxmağa çalışacaq. Ancaq Rusiyanın yeni bir cəbhə – Türkiyə cəbhəsi açması onun üçün bu perspektivi zəiflədir…

– Elədirsə, Türkiyə niyə quru qoşunlarla həmin əraziyə müdaxilə etmir? Axı onun əlində ciddi əsasları var, PKK məhz bu bölgələrdən texniki dəstək alıb Türkiyədə terror aktları törədir…

– Çünki Türkiyə NATO-nin dəstəyini almasa, bu addımı ata bilməz. Rusiya ilə üz-üzəgələn Türkiyə istənilən halda arxasında NATO-nun dəstəyini hiss etməlidir və bu, düzgün siyasətdir. Türkiyə, hətta, sərhəddini pozan rus qırıcı təyyarəsini vurmaqdan öncə də NATO-nun razılığını almışdı. NATO və ABŞ rəhbərliyi səviyyəsindəTürkiyənin öz hava sərhədlərini qorumaq hüququnun olduğu açıq şəkildə, ictimaiyyət qarşısında ifadə edilmişdi.

– Bəs indi niyə NATO Türkiyənin Suriyaya hərbi müdaxiləsinə isti yanaşmır?

– Bunun bir neçə səbəbi var. Ən mühüm səbəb odur ki, Qərb Rusiya müdaxiləsindən sonra Suriyada hərbi münaqişənin uzanmasında maraqlıdır. Əvvəl bu münaqişə Iranı tükədirdi, indi daha çox Rusiyanı tükədir. Putinin Suriya qələbəsi haqqında deyilənlər Rusiya mətbuatının və onun Azərbaycandakı uzantısı olan 5-ci kolonun uydurduğu “uğur hekayə”sidir. Putinin gerçək durumunu bilmək üçün Rusiya büdcəsinə, Rusiyanın iqtisadi perspektivlərinə nəzər salmaq kifayətdir. Rusiyanın Suriyada qaldığı hər gün Rusiyanın onsuz da sanksiyalar və ucuz neft qiymətlərilə çökdürülmüş iqtisadiyyatının daha artıq zorlanması deməkdir. ABŞ-ın isə bundan itirəcəyi bir şey yoxdur, əksinə, öz əsas rəqibini heç bir ciddi xərc və əziyyət çəkmədən sonu görünməyən münaqişəyə çəkməklə gücdən salır. Türkiyənin vəziyyəti isə fərqlidir vəo, hər gün mövqelərini itirməkdədir. PYD-nin Türkiyə sərhəddi boyunca hər kilometr irəliləyişi Türkiyə üçün itkidir. Türkiyə bizim canımız, ikinci vətənimiz olsa da, həqiqəti deməliyik – bu ölkə vaxtında atdığı bəzi yanlış addımların bədəlini ödəyir. Türkiyə müəyyən məsələlərdə NATO-ya münasibətdə səhvlərə yol verib. ABŞ vəAvropa Birliyinin Krımın, Donbasın işğalına görə Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi vaxtda Rusiyanı açıq dəstəkləmək, Moskvaya gedib Putinə dostluq münasibətini ifadə etmək, razılaşaq ki, NATO ilə, ABŞ və Avropa Birliyi ölkələri ilə müttəfiqlik münasibətləri baxımından düzgün addım deyildi. Türkiyə bu gün bu yanlışının bədəlini ödəməli olur, ancaq düşünürəm ki, bu, keçici haldır, NATO özü də Suriyaya qurudan müdaxilənin qaçılmaz olduğunu anlayır və bir müddət sonra bu baş verəcək. Həm dəbaş verənlər Qərbin kürd faktoruna güvəninə də əhəmiyyətli zərbə vurub və bunu da Türkiyənin pozitivinə yazmaq lazımdır.

– Ancaq Türkiyənin daxilində də vəziyyət birmənalı deyil. Terror aktları sistemli xarakter alıb. Bütün bunlar Türkiyəni Suriya maraqlarından geri çəkilməyəvadar edə bilərmi?

– Heç bir halda. Türkiyə qüdrətli dövlətdir. Türkiyə öz şanlı tarixi boyu indikindən müqayisəyəgəlməz dərəcədə ağır situasiyalarla üzləşib və həmişə də, bütün çətinliklərdən alnıaçıq çıxıb. Rus qırıcı uçağının vurulmasından sonra Türkiyədəterrorun artacağını planlaşdırmaq çətin deyildi. Türkiyə terroru əzəldən Rusiya kökənli olub. PKK-ya zaman-zaman fərqli qüvvələr dəstək verib, hətta bəziləri onu Qərb cəmiyyətlərinə kürdlərin milli azadlıq hərəkatının təmsilçisi kimi sırımağa çalışıb. Lakin bu gün bütün dünya PKK-nın vaxtilə sovetlər tərəfindən yaradılan və bütün həlledici məqamlarda, son Suriya konflikti də daxil, Rusiya maraqlarına xidmət edən, üzdə özünü kürd xalqının müdafiəçisi kimi təqdim etsə dəəslində bundan çox uzaq olan, əsas hədəfi Türkiyəni parçalamağa, qarışdırmağa yönələn bir klassik terror təşkilatı kimi tanıyır…

– İndi isə bir məsələyə də toxunmağınızı istərdim. Azərbaycanın Türkiyə-Rusiya-Suriya münaqişəsində tutduğu mövqe sizi qane edirmi? Bu mövqeni Azərbaycanın milli maraqlarına cavab verən bir mövqe saymaq olarmı?

– Sualınıza sualla cavab vermək istəyirəm. Siz Azərbaycanın hansı mövqeyini nəzərdətutursunuz? Londonda, Tehranda, yoxsa Bakıda ifadə olunan mövqeyi?

– Paradoks da məhz bundadır. Belə çıxır ki, Türkiyə-Rusiya-Suriya konfliktinəmünasibətdə Azərbaycan dövlətinin bir neçə mövqeyi var…

– Yaxud, ümumiyyətlə, mövqeyi yoxdur. Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana rəsmi səfər edərkən Azərbaycan prezidenti Ilham Əliyev çox açıq vəbirmənalı bəyanatla çıxış etdi. O dedi ki, biz bütün məsələlərdə Türkiyənin yanındayıq. Bu, çox ciddi siyasi bəyanat idi və bu bəyanatı eşidib xeyli rahatladıq. Ardınca prezident Əliyev Londonda keçirilən Suriya konfransına dəvət aldı və orada Qərbləümumi mövqedən çıxış etdi. Çox yaxşı. Buna da sevindik. Bəs sonra nə oldu? Azərbaycan xarici işlər nazirinin müavini, Qarabağ danışıqları üzrə Azərbaycan prezidentinin rəsmi nümayəndəsi Araz Əzimov avstriyalı jurnalistlərə rüsvayçı bir müsahibə verib BəşəƏsədə açıq dəstək ifadə etdi, əli 300 min vətəndaşının qanına bulaşmış, ölkə əhalisinin ən azı 90 faizinin nifrətini qazanmış, uşaq qatili, insanlıq düşməni BəşəƏsədi Suriyanın legitim prezidenti adlandırdı və müdafiə etdi. Bugünlərdə Azərbaycan prezidenti Irana rəsmi səfər etdi və oradan “Suriya məsələsində Iranla mövqelərimiz eynidir” bəyanatını verdi. Suriya məsələsində Qərb və Türkiyə ilə Iranın mövqeləri diametral əks mövqeləскачать dle 12.1

Xəbər lenti