Rəsul Mürsəlov: "Bu olay rəsmi Moskvadan körüklənib"

2-04-2016, 22:49
4 143
Rəsul Mürsəlov: "Bu olay rəsmi Moskvadan körüklənib"

Cəbhədə baş verənlərlə bağlı siyasətçilərin mövqeləri Rusiyanı işarə edir.

Oyan Hərəkatının qurucularından və idarə heyyəti üzvü Rəsul Mürsəlov öz şəxsi facebook hesabından olayla bağlı açıqlama yayımlayıb.

qaynarxeber.org həmin şərhi təqdim edir:

"Cəbhə bölgəsində yenidən alovlanan müharibə regionda rəsmi Moskvanın güc göstərisi kimi qiymətləndirilməlidir.

Bu Putinin Əliyevə qarşı ABŞ səfərinə cavabdır.

Və Putinin müharibə edən (görüntüdə) tərəflərin rəhbər şəxslərindən öncə olaya şərh verməsi birbaşa olayda öz əlinin olmasını açıq şəkildə bildirməsi, bir növ "barmaq silkələməsi" deməkdir.


Əliyev rejiminin illər boyu yürütdüyü "balanslı siyasəti" artıq fiaskoya uğramışdır. Tərəflər (Rusiya və Qərb -ABŞ) Əliyevdən kimin yanında olmasını aydınlaşdırmağı gözləyir. Əliyev isə çıxılmaz durumdadır - ya Rusiyanın yanında olub (ki bu zamanda kimi pərdə arxasından o durumda olub) Qərbin sanksiyalarına boynunu bükməli, ya da açıqca Rusiyadan qopmalıdır.


Burada isə hər iki durum Əliyev rejiminin sonuna gətirib çıxaracaqdır.


1. Rusiyadan yana olacağı təqdirdə avtoritar rejimi davam etdirə biləcək. Ancaq Qərbin maddi sanksiyaları ilə xalqdan oğurladığı milyardları itirəcək.


2. Qərbin yanında olarsa siyasi ifadə ortaya qoymalı, savaşmalı və paralel olaraq ciddi siyasi islahatlara verməlidir. Nəticə etibarilə praktikada bunların heç birini etmək iradəsi olmadığından, bu rejim getməlidir.


Müharibənin də, digər problemlərin də başlıca məsuliyyəti rejimin və onun başında duran Əliyevin üzərindədir" deyə R. Mürsəlov öz facebook hesabından yazıb.

qaynarxeber.org

скачать dle 12.1
Xəbər lenti