Rəsul Mürsəlov ölkəni tərk etməsi haqqında BBC-yə danışdı

16-09-2015, 17:46
0
Rəsul Mürsəlov ölkəni tərk etməsi haqqında BBC-yə danışdı

Hazırda Hollandiyada siyasi sığınacaq almış azərbaycanlı siyasi fəal Rəsul Mürsəlov BBC Azərbaycanca -nın suallarını cavablandırıb.

 

Bir neçə gün öncə valideyinlərinin ondan imtina etməsindən sonra fəalın ölkəni necə tərk etməsi və sürgündə hansı şəraitdə yaşaması gündəmə gəlmişdi. Mürsəlov BBC Azərbaycancaya bu məsələ haqqında danışıb.

 

Rəsul Mürsəlovun hekayəsi

 

Rəsul Mürsəlov ölkədən qaçdıqdan sonra Gürcüstana getməli olub

 

“Lakin orda da çox qalmadım, bilirdim ki, təhlükəlidir və Türkiyəyə getməyə qərar verdim. İki ay Türkiyədə yaşadım, sonra Azərbaycanın Türkiyədəki səfirliyinin Türkiyə Xarici İşlər Nazirliyinə müraciətinin ardından, oktyabrın 22-də Türkiyədə həbs edildim” Mürsəlov deyib.

 

Lakin sonradan Amnesty İnternational təşkilatının Türkiyə bürosunun köməyi ilə həbsdən azad olunan fəal, oradan deportasiya oldunduğu üçün Ukraynaya və oradan da dostlarının dəvətiylə Belarusa getməli olub.

 

“Belarusda məni qatardan düşürüb həbs etdilər. Həbsimin səbəbi kimi, adımın qara siyahıda olduğunu göstərdilər. Məni polis şöbəsinə aparıblar və daha sonra isə Ukraynaya geri göndəridilər” deyə Rəsul Mürsəlov bildirib.

 

O deyir ki, Ukraynada da qanuni yaşamaq müddəti başa çatdığından, ölkəni tərk etməyə məcbur olub. Mürsəlov Kiyevdə yaşadığı zaman, elektron ünvanına çoxlu təhdid dolu məktubların gəldiyini də deyib: “Bu cür məktubların birində deyilir ki, vətən xaini Leyla (Yunus) həbsxanada, sən vətən xaini torpağın altında cürüyəcəksən”.

 

Rəsul Mürsəlov Ukraynada yaşayarkən, fevralın 27-də silahlı hücuma da məruz qaldığını deyir.

 

“Qarın boşluğuma bir bıçaq zərbəsi aldım və vuran adam azərbaycanca danışırdı. Əvvəlcə mənə bir neçə yumruq da vurdu. Azərbaycanca mənə deyirdi ki, bu ilkdi, növbəti dəfə başına güllə sıxılacaq” fəal deyib.

 

Daha sonra Mürsəlov Moldovaya getməli olub. İki ay orda qaldıqdan sonra Hollandiyada keçirilən beynəlxalq tədbirə dəvət alıb və Moldovanı tərk edib. O, tədbirdən sonra geri qayıtmayıb və siyasi sığınacaq üçün müraciət edib.

 

 

BBC Azərbaycanca

скачать dle 12.1
Xəbər lenti