"Dini Komitənin keçmiş rəhbərlərinin səhvləri aradan qaldırılmalıdır"

29-08-2015, 21:55
0
"Dini Komitənin keçmiş rəhbərlərinin səhvləri aradan qaldırılmalıdır"


Vüsal Hətəmov: İŞİD nefti kimə satır, silahı haradan alır? Bunlar maraqlı suallardır.

 

Dünyanın bir sıra nöqtələrində yeni münaqişə ocaqlarının alovlanması ətraf ölkələr üçün təhlükə mənbəyinə çevrilib. Sözsüz ki, ətrafında baş verənlərin təsiri Azərbaycandan da yan keçmir.
 
Artıq bir sıra beynəlxalq araşdırma mərkəzləri ölkəmizdə dini, iqtisadi və siyasi zəmində baş verə biləcək hadisələrin proqnozlarını verirlər. Təəssüf ki, həmin proqnozlar əsasən gərginlik, qarşıdur-ma və münaqişələr üzərində qurulur.
 
İki gün öncə "Minchenko Consulting" şirkətinin mütəxəssisləri "Cənubi Qafqaz regionunda siyasi risklərin qiymətləndirilməsi" adlı hesabat hazırlayıblar. Həmin hesabatda Qafqazdakı ölkələrin stabilliyi qiymətləndirilib. Bildirilib ki, Qafqaz regionu üçün ən böyük təhlükələrdən biri iqtisadi qeyri-stabillikdir. Bu qeyri-stabilliyin yaradılmasında Rusiya və İŞİD-in də rolunun olduğu iddia edilir.
 
Hesabatda həm də bildirilir ki, regionda Avropa və Avrasiyaya inteqrasiyaya aid layihələr arasında rəqabət də güclənib. Müəlliflərin fikrincə, Qafqaz şəraitində inteqrasiyaya aid istənilən layihənin re-allaşadırılması zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır.
 
SSRİ dağılandan sonra Qafqazda 6 silahlı münaqişənin baş verdiyini, bir neçə tanınmamış və ya qismən tanınmış respublikanın yaradıldığını xatırladan mütəxəssislər bu region ölkələri üçün təhlükə yarada biləcək şərtləri də açıqlayıblar.
 
Hesabatda bildirilir ki, Qarabağ münaqişəsi ərazisində və Azərbaycan-Ermənistan arasındakı təmas xəttində gərginliyin artması, Gürcüstanın Avroatlantik məkana meyllənməsi, Yaxın Şərqdə İŞİD ter-rorçu qruplaşmasının möhkəmlənməsi, radikal əhval-ruhiyyənin və terrorçu metodların Qafqaza ötürülməsinə cəhd bu region ölkələri üçün yeni təhlükələrdəndir.
 
Hesabatda region ölkələrinin makroiqtisadi vəziyyətinin də təzyiq altında olduğu bildirilir: "Ölkələrdə pulun hissedilən həcmdə devalvasiyası xaricdən pul köçürmələrinin azalması və investisiya sa-həsində azalma fonunda baş verir".
 
Qafqazda ən stabil ölkə olaraq qiymətləndirilən Azərbaycanda əsas təhlükə kimi "sistemsiz islamçı müxalifətin" fəallaşması göstərilir. Türkiyə və İranın isə siyasi gələcəyinin qeyri-müəyyən olduğu bildirilir. Rusiyanın regionda stabilliyin qorunmasında maraqlı olduğu bildirilsə də, ölkənin Qərblə münasibətlərini yenidən nəzərdən keçirməyə hazır olmadığı qeyd edilir. Şərqşünas-alimpolitoloq Vüsal Hətəmov isə məlum hesabatda yer alan fikirləri "Reytinq"ə şərh edərkən deyib ki, regionda Rusiya, Türkiyə, İranın güclü olması Azərbaycanı terrorçu dini təşkilatlardan bir qədər sığortalayıb. V.Hətəmovun qənaətincə, Türkiyənin terror müstəvisinə çevrilməsi göstərir ki, İran və Rusiyada da ara qarışa bilər: "Dini mövzuda krizis yaşanması ölkəmiz üçün də istisna deyil. Türkiyənin son vəziyyəti bizə siqnaldır. Ümumiyyətlə, söhbət tək İŞİD-dən getmir. İŞİD-ə qədər də İslam adı altında bir sıra terror təşkilatları var idi. Misal üçün "Əl Qaidə".
 
İŞİD-in Qərbin yeni layihəsi olduğunu iddia edən politoloq "İŞİD nefti kimə satır, silahı haradan alır? Bunlar maraqlı suallardır",- deyərək, sabit müsəlman dövlətlərini qarışdırmaq üçün İŞİD-in bir bəhanə olduğunu söyləyib: "Suriyanı, İraqı qana bürüyən İŞİD-in ideya davamçıları üçün ölkəmizin sünni-şiə dindarları arasında da münasibətlər normal deyil. Sadəcə, ola bilsin ki, əmr gəlməyib. Hüquq-mühafizə orqanları nə qədər güclü olsalar, yenə də bunun qarşısını almaq üçün güc azdır. Dövlət intensiv təbliğat-təşviqat proqramları hazırlamalı, gənclərə həqiqi dini təfəkkür aşılanmalıdır".
 
Politoloq deyib ki, Azərbaycan hüquqi cəhətdən dini dövlət olmasa da, şəriətlə idarə olunmasa da, hər bir Azərbaycan vətəndaşının içərisində din yatır, adət-ənənələrimiz müəyyən mənada, dini ba-xışlarla tənzimlənir: "Təxribatçı dini missionerlər vətəndaşlarımızın qəlbindəki həmin dini oyatma-mış, dövlət bir sıra zəruri dini proqramlara start verməli, həyata keçirilən mövcud dini maarifləndi-rici proqramları bir az da genişləndirməlidir".
 
V.Hətəmovun fikrincə, ölkəmizdə ənənəvi sünni-şiə məzhəblərinin sağlam, vətənpərvər, dövlətçi din alimlərinə KİV-də yer ayrılmalı, telekanallar vasitəsilə sadə camaata göstərilməlidir ki, ölkəmizdə sünni-şiə davamçıları qardaş münasibətdə, birgə yaşayışdadır: "Multikulturalizm, dini dözümlü-lük cəhətdən biz dünya dövlətlərinə bir nümunəyik. Amma bu, bizim başımızın altına yastıq qoy-mamalıdır. Suriya da ən sabit müsəlman dövlətlərindən idi. Amma nə günə qaldı? Qərb müxlifət adı ilə, sonra isə dini dünyagörüşü müxtəlifliyindən istifadə etməklə Suriya, İraq və Əfqanıstanı nə günə qoydu?! Düzdür, bizdə sünni-şiə fiqhi cəhətdən ayrıdır, etiqdi cəhətdən demək olar ki, birdirlər. Lakin mənfur düşmənlər, dövlətimizi sevməyənlər istənilən vaxt incə boşluqlardan istifadə edilə bi-lərlər. Odur ki, boşluqlar dini maariflənmələr vasitəsilə dolmalıdır".
 
Politoloq qeyd edib ki, terrorçuların ölkəmizə daxil olmasını gözləmək lazım deyil. "Ola bilsin, ökə-mizdə hər an potensial təhlükəyə çevrilə biləcək qeyri-ənənəvi dini cərəyanlar beynəlxalq terror şə-bəkələri ilə əlaqəyə girsin. Hər halda, hüquq-mühafizə orqanları maksimum ayıq-sayıq olmalıdır. Qərbin "tolerantlıq" adı altında ölkəmizə sırıdığı qeyri-ənənəvi təriqət-məzhəblər öz "meyvələri"ni verməmiş profilaktik addımlar atılmalıdır. Bu təkcə fiziki addımların atılması demək deyil, eyni zamanda KİV-də, bir sıra ictimai təsirə malik tədbirlərdə dini maarifləndirmələr gücləndirilməlidir", - deyə V.Hətəmov əlavə edib.
 
Onu da nəzərə çatdıraq ki, Azərbaycana qarşı dini zəmində olan təhdidlər rəsmi qurumlar tərəfin-dən də qəbul olunur. Amma ictimaiyyətdə təlatüm yaratmamaq üçün təhlükələri gözardı edərək, qeyri-real açıqlamalar verirlər. Məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, İŞİD qruplaşmasının Türkiyə üzərindən Ќaxçıvanla sərhəddə - Azərbaycana yaxınlaşması, ölkəmizdə bu təşkilata meylli radikalların hansısa ayrı-ayrı şəxslərin ətrafında mərkəzləşməsi əsassızdır.
 
İŞİD-in nəinki region ölkələrinin, hətta dünyanın gündəmində olduğunu xatırladan Komitə sədrinin fikrincə, Azərbaycanda İŞİD-in hansısa dayağı, sosial bazası, məntəqəsi yoxdur və ola da bilməz. Amma o, Azərbaycanda müəyyən radikal qüvvələrin olduğunu təsdiqləyib: "Onlara qarşı digər qurumlarla birgə apardığımız işlər kifayət qədər yaxşı nəticələr verir. Biz məscidlərdə bu qruplaşmaların təbliğat aparmasının qarşısını alırıq və alacağıq. Qafqaz Müsəlmanları İdarəsi ilə birgə bu işi görürük".
 
O ki qaldı hansısa silahlı birləşmələrə adam toplamaqla məşğul olanların məsələsinə, M.Qurbanlı bildirib ki, terror qruplaşmalarının təbliğatını aparanlara qarşı da müvafiq qurumlar tədbir görürlər.
 
Komitə sədrinin açıqlamasına da münasibət bildirən V.Hətəmov deyib ki, vaxtilə Hidayət Oruco-vun, Rafiq Əliyevin qeyri-ənənəvi təriqətlərin fəaliyyətinə rəsmi icazə vermələri və ya bu məsələyə göz yummaları artıq gündəmə gəlməlidir. Ekspertin sözlərinə görə, bu yöndə buraxılan səhvləri aradan qaldırmaq lazımdır: "Niyə bizdə bu təhlükəli dini mühit potensialı yarana bilir? Vaxtilə Qərbin tolerantlıq adı altında ölkəmizdə basdırdığı "minalar" artıq xaricdə partladığı üçün məmurlarımızı hərəkətə gətirir. Mübariz Qurbanlı tək heç nə edə bilməz. QHT-lər, dini nüfuz daşıyıcıları dövlətin dəstəyi ilə hərəkətə keçməlidir".
 

 

V.Hətəmov həm də bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin bu məsələdə mövqeyi zəifdir: "QMİ ya işlək mexanizmə malik deyil, ya da hansısa səbəbdən işləyə bilmir. Çünki ölkədəki dini situasiyadan ən birinci onlar xəbər verməlidir. QMİ-nin bu mövzularda indiyə qədər bir sanballı təhlilinin, yazısının olmaması göstərir ki, bu qurum ya işləmək istəmir, ya da qeyri-məlum səbəblərdən işləyə bilmir".
скачать dle 12.1
Xəbər lenti