İqtisadçı ekspertdən manatla bağlı qorxuducu açıqlama

29-08-2015, 21:59
0
İqtisadçı ekspertdən manatla bağlı qorxuducu açıqlama


Qubad İbadoğlu: "Manatın nəinki 2-ci, hətta 3-cu devalvasiyası da baş verə bilər"

 

"Manatın nəinki 2-ci, hətta 3-cu devalvasiyası da baş verə bilər". FaktXəbər-in məlumatına görə, iqtisadçı ekspert Qubad İbadoğlu milli valyutanın devalvasiya ehtimalına münasibət bildirərkən belə deyib.
 
Onun sözlərinə görə, hazırkı daxili iqtisadi vəziyyət və mövcud xarici konyuktura inzibati qayda da tənzimlənən və valyuta ehtiyatlarının azalmasını şərtləndirən manatın məzənnəsini yaxın dövlərdə daim təzyiqlər altında saxlayacaq: "Nə qədər ki, Mərkəzi Bank milli valyutanı bazara müdaxilə yolu ilə tənzimləyəcək bir o qədər də manatın taleyi ilə bağlı narahatçılıq qalacaq. Odur ki, Azərbaycan manatının xilas yolu ilk növbədə valyuta bazarının və bütövlükdə iqtisadiyyatın liberallaşmasından keçir. Əks tədqirdə, əgər islahatlar aparılmayacaqsa, manatın nəinki 2-ci, hətta 3-cu devalvasiyası da baş verə bilər". 
 

 

Onun sözlərinə görə, hazırkı siyasətin davam etdirilməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının tamamilə xərclənməsinə gətirib çıxaracaq və bu halda həm valyuta ehtiyatlarını və həm də manatın dəyərini sürətlə itirə bilərik: "Yeganə yol islahatlardan keçir, islahatların nəinki keçirilməməsi, hətta ləngidilməsi belə Azərbaycan maliyyə-bank sistemini iflasa aparacaq".
скачать dle 12.1
Xəbər lenti