Döş xərçəngi qorxusu yaşayan aktrisa əməliyyat olundu - FOTO

24-10-2015, 23:44
0
Döş xərçəngi qorxusu yaşayan aktrisa əməliyyat olundu - FOTO

Sevgilisi onu xəstəxanada yalnız buraxmadı.

Türkiyənin tanınmış aktrisası Serenay Sarıkaya döşündə təsbit edilən kütləni əməliyyat etdirib. Nişantaşı Amerika Xəstəxanasında əməliyyat olan gənc aktrisanı sevgilisi Kerem Bürsin yalnız buraxmayıb.

Türkiyə KİV-nə istinadla xəbər verir ki, döş xərçəngi qorxusu yaşayan Sarıkaya mamoqrafiya etdirib və müayinə nəticəsində kütlənin zərərsiz olduğu təsbit edilib. Ancaq aktrisa onu narahat edən kütləni əməliyyatla götürməyi qərar verib.

Aktrisanın əməliyyatının uğurlu keçdiyi və səhhətinin yaxşı olduğu öyrənilib. Xəstəxanada bir gün qaldıqdan sonra evə yazılıb.

 

скачать dle 12.1
Xəbər lenti