Emin İbrahimova 7 il həbs cəzası kəsildi

11-04-2025, 20:44
18
Emin İbrahimova 7 il həbs cəzası kəsildi
Azərbaycanın ABŞ-dəkı səfirliyində katib, Uruqvaydakı diplomatik missiyada müvəqqəti işlər vəkili vəzifələrində çalışmış Emin İbrahimova 7 il həbs cəzası kəsilib. Aprelin 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətiylə qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsiylə təqsirli bilinib. Keçmiş diplomata həm də CM-in 221.3 (silah qismində əşyadan istifadə ilə xuliqanlıq) maddəsiylə ittiham verilmişdi. Bu maddəni məhkəmə ittihamdan çıxarıb.
44 yaşlı E.İbrahimov Kamal Şükürov adlı şəxsi bıçaqlamaqda ittiham olunur.
Hökmdən öncə son sözündə E.İbrahimov deyib ki, əslində, onun özünə qarşı dövləti cinayət törədilib. Onun sözlərinə görə, heç vaxt əli dəyməyən bıçaqdan ekspertiza əl izlərini çıxarıb: “Bu iş tamamilə uydurmadır və burada baş verənlər də məhkəmə yox, tamaşa idi. Ona görə mən özümü hüquqi cəhətdən müdafiə eləmədim. Çünki bu tamaşanı legitimləşdirmək olardı. Mənə qarşı dövləti cinayət törədilib, bunun da sifarişçisi (prezident) İlham Əliyevdir”.

скачать dle 12.1
Xəbər lenti