'QHT işi': Aytac Ağazadə barədə qiyabi həbs qərarı verilib
11-04-2025, 20:46
17
'QHT işi': Aytac Ağazadə barədə qiyabi həbs qərarı verilib
Bu gün, aprelin 11-də “QHT işi” üzrə daha bir nəfər barədə həbs qərarı çıxarılıb.
İctimai fəal
Aytac Ağazadə ilə bağlı istintaq orqanından məhkəməyə təqdimat daxil olub. Təqdimata Binəqədi rayon Məhkəməsində baxılıb.
Məhkəmənin qərarına əsasən, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Amma o, ölkədə olmadığından haqqında axtarış elan edildiyi vurğulanır.
3 nəfər həbs edilib, daha bir neçə şəxs polis nəzarətinə verilib
"QHT işi" üzrə ictimai fəal
Asəf Əhmədov və sosial işçi
Zamin Zəki ilə yanaşı,
Əhməd Məmmədzadə barəsində də Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Onunla da bağlı qərarın, digər iki şəxs kimi, aprelin 9-da verildiyi bildirilir.
Bu iş üzrə daha bir neçə şəxs, o cümlədən İqtisadi Tədqiqatlar Mərkəzinin sədri
Qalib Toğrulun isə polis nəzarətinə verildiyi deyilir.
Bu məlumata, hələlik, Baş Prokurorluğun İstintaq idarəsindən münasibət almaq mümkün olmayıb.
скачать dle 12.1