'QHT işi' üzrə daha iki nəfərin tutulduğu deyilir
10-04-2025, 20:36
168
'QHT işi' üzrə daha iki nəfərin tutulduğu deyilir
"QHT işi" üzrə daha iki nəfərin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir. İctimai fəal
Asəf Əhmədov və sosial işçi
Zamin Zəki barəsində həbs-qətimkan tədbirinin seçildiyi deyilir.
Onların yaxınlarının bildirməsinə görə, bununla bağlı aprelin 9-da Binəqədi rayon Məhkəməsi qərar verib. Hər iki şəxs barəsində 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyi vurğulanır.
Bu məlumatı, hələlik, məhkəmənin özündən təsdiqlətmək mümkün olmayıb.
QHT-lər ilə bağlı cinayət işi ilə əlaqədar daha bir neçə şəxsin də ifadəyə çağırıldığı deyilir. Bu məlumatı da, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
скачать dle 12.1