Müsavat Divanının gündəliyi
14-04-2025, 19:11
17
Müsavat Divanının gündəliyi
Aprelin 14-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat verilib.Ötən həftə partiyanın Laçın rayon təşkilatının hesabat-seçki yığıncağı keçirilib,
Yavər Gülməmmədov yenidən təşkilatın sədri seçilib. Toplantıda Divan üzvü
Mirbaba Babayev və MNTK sədri
Əli Həsənov iştirak ediblər.
Aprelin 13-də partiyanın Gəncə şəhər təşkilatının hesabat-seçki yığıncağı keçirilib. İclasda
Oqtay Zeynalov gizli səsvermə nəticəsində təşkilatın sədri seçilib. Yığıncaqda Divan üzvləri
Gülağa Aslanlı və
Razim Əmiraslanlı, MNTK üzvləri
Rövşən Hüseynov və
Firəngiz Hüseynova iştirak ediblər.
Məclisin sədri
Arif Hacılı, Divan üzü
Razim Əmiraslanlı və Məclis üzvü
Zakir İsmayıl siyasi məhbus
Tofiq Yaqublunu saxlandığı Umbakı təcridxanasında ziyarət etməyə çalışsalar da, təcridxana rəhbərliyi buna imkan verməyib.
Divanın toplantısında 14-cü gündür ki, aclıq aksiyasını davam etdirən
Tofiq Yaqublunun sağlıq durumunda ciddi problemlərin yarandığı bildirilib. Müsavat Partiyasının bununla bağlı hakimiyyətlə müzakirə təklifinə hələ cavab verilməyib. Bir daha qeyd edilib ki, ictimaiyyət və Tofiq Yaqublunun hüquqlarının müdafiəçiləri, onun həyatının xilas edilməsi üçün bütün mümkün imkanlardan istifadə etməlidirlər.
Həbsdə olan jurnalist
Əvəz Zeynallının xərçəng xəstəliyinə tutulduğu barədə məlumatdan narahatlıq ifadə olunub. Vurğulanıb ki, AR CM-nin 78-ci maddəsinə görə səhhətində ciddi problemlər yaranan məhbuslar cəzanın çəkilməsindən azad edilə bilər.
Divanda qeyd edilib ki, Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra olunmayacağı ilə bağlı dövlət başçısının qərarı həm ölkə vətəndaşlarının öz hüquqlarını müdafiə etmək imkanlarının məhdudlaşmasına, həm də ölkənin beynəlxalq əlaqələrinin pisləşməsinə gətirib çıxara bilər.
İctimai fəal və Müsavat Partiyasının üzvü
Rəbiyyə Məmmədovaya qarşı zorakılıq və təzyiqlər pislənilib. Onun tələblərinə qanun çərçivəsində cavab verilməsinə çağırış edilib.
İclasda regionda və dünyada gedən proseslərə dair fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.скачать dle 12.1