Müsavat Divanının gündəliyi

31-10-2023, 16:48
95
Müsavat Divanının gündəliyi
Oktyabrın 30-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə təşkilati məsələlər müzakirə edilib, partiya Məclisinin son sessiyasında qəbul olunan qərarların icrası ilə bağlı tapşırıqlar verilib.
Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişatı, Qarabağdakı son vəziyyət və ölkədəki ictimai-siyasi durum müzakirə edilib.
Daha sonra Ukraynada və Qəzza zolağında davam edən hərbi əməliyyatlarla bağlı fikir mübadiləsi aparılıb. İran və Rusiyanın destruktiv mövqeyi sayəsində regionda münaqişələrin getdikcə daha cox alovlandığı qeyd edilib.
Sonra cari məsələlər müzakirə edilib.скачать dle 12.1
Xəbər lenti