Orduxan Temirxan Baş Prokurorluğa çağırılıb

17-04-2025, 18:18
19
Orduxan Temirxan Baş Prokurorluğa çağırılıb
Xaricdə mühacirət həyatı yaşayan bloqer, Azərbaycan hökumətinin sərt tənqidçisi Orduxan Temirxan Baş Prokurorluğa çağırılıb.
Bu barədə Azərbaycan Baş Prokurorluğundan İTV-yə verilən məlumatda bildirilir.
Vurğulanıb ki, O.Temirxanın Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar ) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 2020-ci il sentyabrın 7-də qərar qəbul edilib.
Hələlik, bu açıqlamaya O.Temirxanın özündən münasibət almaq mümkün olmayıb. Həmin ittihamlarla şəxsə 8 ilə qədər həbs cəzası verilə bilər.
Hələ 2028-ci ildə O.Temirxanın terrora çağırışda suçlanaraq axtarışa verildi açıqlanmışdı. Onda AzadlıqRadiosuna açıqlamasında terrorçuluğa, kütləvi iğtişaşlara açıq çağırışlara dair ona verilən ittihamların saxta olduğunu deyən bloqer Azərbaycan hakimiyyətindən özünə həmişə təhlükə gözlədiyini vurğulamışdı.скачать dle 12.1
Xəbər lenti