Norveç Helsinki Komitəsi Tofiq Yaqublunu azad etməyə çağırır
26-04-2025, 17:10
15
Norveç Helsinki Komitəsi Tofiq Yaqublunu azad etməyə çağırır
Bu gün, aprelin 25-də vəkil
Nazim Musayev təcridxanada hazırda aclıq aksiyası keçirən Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə görüşüb. Onun qızı
Nigar Həzinin vəkilə istinadla bildirməsinə görə, T.Yaqublunu görüşə nəzarətçilər qolundan tuta-tuta gətiriblər:
"Çox halsız, yorğun və taqətsizdir... Danışmaqda çətinlik çəkir, ayaq üstə güclə durur. Rəngi daha da tutqunlaşıb".N.Həzinin əlavə etməsinə görə, atası 25 gün içində 13.4 kq çəki itirib: "Vəziyyət günü-gündən daha da pisləşir. Hələ də T.Yaqublunu mülki xəstəxanaya köçürmürlər".
Qızının açıqlamasına Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
+++
Norveç Helsinki Komitəsi Azərbaycan hökumətini həbsdə aclıq aksiyası keçirən
Tofiq Yaqublunu dərhal buraxmağa və tez bir zamanda ona adekvat, müstəqil tibbi yardımı təmin etməyə çağırır.
Bu barədə beynəlxalq insan haqları təşkilatının "Facebook" hesabında bildirilib.
Bəyanatda vurğulanır ki, Yaqublunun səhhəti, yaşı və onilliklər boyu fəaliyyətinin qeyri-zorakı xarakterini nəzərə alaraq, onun azad olunması həm əhəmiyyətli humanitar jest olar, həm də mümkün faciəni önləyə bilər:
"Aclıq aksiyasındakı hər gün onu geri dönüşü olmayan sağlamlıq problemlərinə bir addım da yaxınlaşdırır – onun sağlamlığı təhlükə altındadır".скачать dle 12.1