Milli Məclis hökumətə 6 gün vaxt verdi

14-10-2015, 20:15
0
Milli Məclis hökumətə 6 gün vaxt verdi
Milli Məclis hökumətə büdcəyə edilən təklifləri nəzərdən keçirərək 2016-cı yekun büdcə zərfini hazırlamaq üçün 6 gün vaxt verib.
 
Deputat Siyavuş Novruzov həmkarlarına üz tutaraq təşviqat kampaniyası dövrü olduğu üçün müzakirələrin dayandırılmasını və hökumətə on gün vaxt verilərək oktyabr ayının 20-də bütövlükdə büdcə zərfinə səs verilməsini təklif edib.
 
Spiker Oqtay Əsədov isə müzakirələrin dayandırılması ilə bağlı təklifləri belə ümumiləşdirib: “Bir çoxlarımız seçki kampaniyasında iştirak edirik. Bunun üçün büdcə ilə bağlı təkliflərə baxmaq üçün hökumətə on yox, altı gün vaxt verək. Oktyabr ayının 20-də büdcə layihəsinə səs verək”.
скачать dle 12.1
Xəbər lenti