NİDA çıların məhkəməsindən sonra aksiya -SAXLANILANLAR VAR

6-05-2014, 20:39
0
NİDA çıların məhkəməsindən sonra aksiya -SAXLANILANLAR VAR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan NİDA-şıların işi üzrə son məhkəmə prosesi keçirilib.

 

NİDA Vətəndaş Hərəkatının həbsdə olan 8 gənc üzvünə üst-üstə 59 il həbs cəzası verildi. Hökmdən dərhal sonra gənc fəallar və müxalifət təmsilçiləri etiraz aksiyasına başladılar. Fəallar hökmə etiraz olaraq "Azad Et" şüarı səsləndirdilər və nəticədə polis tərəfindən aksiyaya müdaxilə edilməklə yanaşı, 30-a yaxın fəal  saxlanıldı.

 

Aksiyada bir sıra jurnalistlərdə saxlanılmışdı və onlar bir neçə saat sonra sərbəst buraxıldılar.

Saxlanılan jurnalistlər aşağıdakılardır:

 

Məhəmməd Türkmən - Yeni Musavat qəzeti.

Amid Süleymanov - Mediaforum.az

Mehdi Fərəc - Dəyərlər.org

Sarvan Abduləzimov - BakuNews.Tv

  

Aksiyada tutulanların bir qismi həmin gün axşam radələrində xəbərdarlıq edilərək sərbəst buraxıldı.

 

NİDA çıların məhkəməsindən sonra aksiya -SAXLANILANLAR VAR

 

 Saxlanılan fəallardan Orxan Cumayev sübh vaxtı 22-ci Polis Bölməsindən çıxdıqdan sonra saytımızın suallarını qısa şəkildə cavablandırdı.

 Gənc fəal Orxan Cumayevə "sizə necə davranırdılar" sualına cavabında "bizi vururdular, təhqir edirdilər, özünüz məhkəmə önündə şahidi oldunuz ki, polis necə zorakılıq edirdi. Bundan başqa polis şöbəsindədə həbslə, döyməklə hədələyirdilər. Biz sadəcə öz haqqımız olan söz azadlığından istifadə etmişik" deyə bildirdi.

 

 Gənc fəal səhərə kimi bölmədə susuz və döyülmüş halda saxlanıldığından tamam taqətsiz idi və "daha sonra suallarınızı cavablandıraram, indi halsızam" deyib bölmənin önündən uzaqlaşdı.

 

Qeyd edək Orxan Cumayevin boynunda, boğazında və bədəninin müxtəlif nahiyələrində zorakılıq, xəsarət izləri aydın görünürdü.

 

Gecə AXCP üzvü Kəmalə Bənənyarlı Nəsimi rayon Baş Polis İdarəsinə aparılaraq orda amansızca döyülüb. Polislər buna səbəb kimi, onun özlərini və prezidenti təhqir etməsini göstəriblər.

 

Saxlanılanlardan bəzilərini sərbəst buraxsalar da, 17 nəfər aksiyaçı polis bölməsində saxlanılıb və səhər məhkəmə qarşısına çıxarılacaq.

 

Məhkəməyə çıxarılacaq olanlar aşağıdakılardır:

1. Rəsul Mürsəlov (AXCP) 
2. Tural Abbaslı (Müsavat Partiyasının Divan üzvü)
3. Orxan Eyyubzadə (Bitərəf)
4. Türkel Azərturk (AXCP)
5. Kəmalə Bənənyarli (AXCP)
6. Toğrul İbrahim (AXCP)
7. Füzuli Ovçuyev (AXCP)
8. Nicat Məmmədbəyli (NİDA)
9. Şəfi Şəfiyev (NİDA)
10. Kamran Zeynalov
11. Rəhman Məmmədli
12. Turan Ibrahim (AXCP)
13. Orxan Rüstəmzadə (Azad Gənclik)
14. Şamil Beydulla (Müsavat)
15. Hüseyn Qarasulu
16.Hacı Zeynalov (DALĞA)
17.Orxan Rza
...
NİDA çıların məhkəməsindən sonra aksiya -SAXLANILANLAR VAR
.
..
NİDA çıların məhkəməsindən sonra aksiya -SAXLANILANLAR VAR
..
.
NİDA çıların məhkəməsindən sonra aksiya -SAXLANILANLAR VAR

 

 

скачать dle 12.1
Xəbər lenti