XXI ci əsrin peşə qurbanları

15-12-2014, 03:28
0
XXI ci əsrin peşə qurbanları

  

Günü-gündən “çiçəklənən” Azərbaycan, sürətli inkişafına “həsədlə” baxılan Azərbaycan və... və əsl Azərbaycan...

 

Ölkədə olan dırnaq arası çiçəklənmə və inkişaf Avropanı mat qoyduğu iddia edilir – rejim tərəfindən.

 

Əslində Avropanı mat qoyan nədir?

 

Günahsız həbslərmi, naməlum qətllərmi, cinayətkarların əlini-qolunu sallayaraq gəzməsimi, insanlara zülmlə, ancaq minimum səviyyəsi quran hakimiyyətmi?

 

Hansı inkişafdan söhbət gedir ki? Söz azadlığından, demokratiyadan, insan haqlarından danışan insanlar ya həbsdədir, ya sürgündə. Ya da naməlumdur, sağdır, ya yox.

 

Bir ölkənin ki, tanınmış jurnalisti Xədicə İsmayıl, hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, Rəsul Cəfərov və intiqam Əliyev kimi söz azadlığı, demokratiyaya ömrünü fəda etmiş insanlar azadlıqdan məhrum edilmişdir. Onların davamçıları olanları, olmaq istəyənləri isə elə bu fəaliyyət yolu gözləyir ki, ermənilərdə əsirlikdə olan insanların həyatından fərqsizdir.

 

Budurmu demokratiya?

 

Budurmu çiçəklənən, qibtə edilən, hətta Avropa tərəfindən qısqanılan inkişaf?

 

İnsanlara olan təzyiqlər onları məqsədlərindən döndərmək, söz azadlığının, peşə fəaliyyətinin dayandıraraq, quldur rejimə qul etməkdən başqa bir şey deyil. Son illərdə amansız yanaşma neçə-neçə gənc fəalın, jurnalistin, bloggerin, siyasətçinin və hüquq müdafiəçisinin həyatını tamamən məhv etmişdir.

 

Elə son zamanlarda həbs edilən jurnalist Seymur Həzi, ondan öncəsində Pərviz Həşimli, Əvəz Zeynallı kimi, Əbdül Ədilov, Rəşad Ramazanlı, Ömər Məmmədov kimi gənc bloggerlər və.s Siyahını uzatmaq olar, o yerə kimi ki, orda yüzdən çox siyasi məhbus var.

 

Gənc jurnalistlərdən təzyiqlərə məruz qalmış, hələ də axtarışda və taleyi naməlum olan  Züleyxa Balacayeva kimi örnək də var.  Fəaliyyəti müddətində  sıxışdırılan, dəfələrlə təhdidlərə məruz qalan, yaxınlarını itirən xanım jurnalist bu ilin iyun ayından sonra qeybə çəkilib sanki. Despot rejimin bununlada ürəyi soyumamış, ailəsinin geridə qalan üzvülərini də işgəncə, təzyiq etmişdir. Xanım jurnalistin anası Lətafət Təhməzova və oğlu Şakir Balacazadə  dəfələrlə dindirilməyə aparılmış, ailəyə mənəvi və fiziki zərbə vuraraq rejim, açıqca qisasçılıq etmişdir. Günahsız gənci, yəni xanım jurnalistin qardaşı Şakir Balacazadəya maşınla xəsarət yetirmiş, ayağından zədələmişlər. Ardınca isə qanunsuz saxlayaraq dindirilməyə aparmışlar ki, bu rada bütün qanun ayaqlar altına alınmışdır. Son zamanlar isə ailədən heç bir xəbər almaq mümkün deyil. Ailəni də, jurnalist Züleyxa Balacazadə kimi yox etməyi bacarmışlar. Artıq ailənin heç bir üzvü haqda bilgi yoxdur. Mövcud rejim daha bir ailəni məhv etməyi bacardı.

 

Orxan Vəli

скачать dle 12.1
Xəbər lenti