N!DA-çıların məhkəməsindən sonra saxlanılanların məhkəməsi bitib

7-05-2014, 13:22
0
N!DA-çıların məhkəməsindən sonra saxlanılanların məhkəməsi bitib

N!DA fəallarına hökm oxunduqdan sonra polislə qarşıdurmada saxlanılan fəallardan üçü 400-600 manat cərimə olunub, beş gənc fəal inzibati həbs cəzası verilib, üç nəfərə xəbərdarlıq olunub.

AXCP sədrinin müşaviri Məmməd İbrahim Qaynarxeber deyib ki, məhkəmənin qərarı ilə "yeri, vaxtı, küçə yürüşünə münasibətdə marşrutu qanunla müəyyən edilmiş qaydada razılaşdırılmamış toplantıda iştirak etməyə görə" ADP üzvü Anar  İbrahimli  500  manat, AXCP üzvü Toğrul İbrahimli 600 manat və  Türkel Əlisoy 600 manat civarında cərimə edilib.

Cənab İbrahim deyib ki, eyni maddə ilə məhkəmə Tural Abbaslıya 15, Kəmalə Bənənyarlıya 30, Orxan Eyyubzadəyə 20, Hacı Zeynallıya 15, Şəfi Şəfiyevə isə 15 sutkalıq inzibati həbs hökmü çıxarıb.

Vəkil Əsabəli Mustafayev deyib ki, saxlanılan fəalların dəqiq nədə ittiham olunduğunu bilmədiyindən onların hüquqlarını qoruya bilmir.

"Onlara inzibati həbs versələr hüquqlarının müdafiəsinə qoşulmağa hazırıq. Amma gəncləri dəqiq nədə ittiham olunduğu məlum deyil və buna görə mən order ala bilmirəm".

Daxili işlər Nazirliyindən fəalların hansı maddə ilə ittiham olunması ilə bağlı açıqlama almaq mümkün olmayıb.

Mayın 6-da kütləvi iğtişaşların təşkili və narkotik maddə ittihamı ilə həbs edilən səkkiz N!DA fəalı barədə 6-8 il arası həbs cəzası barədə hökm verilib.

Bundan sonra, fəalları dəstəkləyənlər "azad et" şüarları səsləndirməyə başlayıb və polislə gənclər arasında qarşıdurma yaranıb.

Nəticədə 16-ya yaxın gənc fəal həbs olunub, o cümlədən bir neçə jurnalist saxlanılıb. Sonradan jurnalistlər buraxılsa da, gənc fəalların bir neçəsi polis bölmələrinə aparılıb və orada saxlanılıb.

скачать dle 12.1
Xəbər lenti