10 mart aksiyasına görə həbs və ağır cərimələr (SİYAHI)

10-03-2013, 17:11
0
10 mart aksiyasına görə həbs və ağır cərimələr (SİYAHI)

Martın 11-də "Əsgər ölümünə son" şüarı ilə keçirilən aksiya zamanı saxlanan azı 20 iştirakçı Nəsimi və Səbail rayon məhkəmələrinə gətirilib. Bu barədə Azadlıq Radiosuna AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı məlumat verib. Onun sözlərinə görə, Nəsimi rayon məhkəməsinə gətirilənlərin üzündə xəsarət izləri olub: "Saat 11:30-da 5 nəfər AXCP üzvü və 2 nəfər Müsavat üzvü Balıyev Tanrıverdi və Rauf Məmmədli, Səbail rayon məhkəməsinə gətirildi, 2 nəfər ADP üzvü Nəsimi rayon məhkəməsinə gətirildi. Bu yalnız bizim gördüklərimiz idi. Dəqiq say açıqlanmır ki, neçə nəfər saxlayıblar. Məhkəməyə gətirilənlərdən ADP üzvü Manafov Saqif  və AXCP üzvü  Ənvər Hüseynovun üzündə xəsarət izi var idi".

Nəsimi və Səbail Məhkəməsinə gətirilənlər Vüqar İsmayılov, Babək Həsənov, Təzəxan Mirələmli, Məhəmməd Məcidli, Zaur Məmmədov, Aqil Əliyev, Vüsal Bayramov, Türkel Əlisoy, Rauf Məmmədli, Şamil Beydullayev, İlkin Əliyev, Azər Sadıqov, Saqif Manafov, Balıyev Tanrıverdi, Osman Əhmədlidir.

Nəsimi və Səbail rayon məhkəmələrində artıq cərimələnənlər və həbs olunanlar var:

Ənvər Hüseynov (AXCP) – 500 AZN

Ramin Musayev (AXCP) - 400 AZN

Şamil Beydullayev (Müsavat) - 500 AZN

Renad Nəcəfov (AXCP) - 600 AZN

Zaur Məmmədov (AXCP) - 500 AZN

Aqil Əliyev (AXCP) - 600 AZN

Vüqar İsmayılov (NİDA Vətəndaş Hərəkatı) - 6 sutka həbs 

Rauf Məmmədli (Müsavat) - 500 AZN

Balıyev Tanrıverdi (Müsavat) - 500 AZN

Asəf Gülməmmədov (ADP) - 15 sutka həbs

Manafov Saqif (ADP) - 07 sutka həbs

Azər Sadıqov (ADP) - 500 AZN

Zaur Əkbər (Gənclər Klubu) - 300 AZN

Nihad Hüseynov (AXCP) - 500 AZN

Taleh Məmmədli (bitərəf) - 500 AZN

Zaur Məmmədov (AXCP) - 500 AZN

Aqil Əluyev (AXCP) - 600 AZN

Osman Əhmədli (ADP) - 500 AZN

Cavid Qarayev (REAL) - 500 AZN

Məhəmməd Məcidli (AXCP) - 7 sutka həbs

Türkel Əlisoy (AXCP) - 7 sutka həbs

Elvin Baycan (AXCP) - 7 sutka həbs

Babək Həsənov (AXCP) - 6 sutka həbs

Təzəxan Mirələmli (AXCP) - 500 AZN

Vüsal Bayramov (AXCP) - 600 AZN

İlkin Əliyev (Millətçi Gənclər Təşkilatı) - 500 AZN

 

скачать dle 12.1
Xəbər lenti