Daha bir azərbaycanlı diplomat Bakıya dönməkdən imtina edib

17-10-2015, 13:21
0
Daha bir azərbaycanlı diplomat Bakıya dönməkdən imtina edib
Keçmiş diplomat Arif Məmmədova qarşı cinayət işilə  əlaqədar istintaq onunla çalışmış XİN işçilərini dindirməkdə davam edir.
 
Bu barədə Turan-a məlumatlı mənbə bildirib. Mənbə qeyd edib ki,  xarici diplomatik nümayəndəliklərdə çalışan əməkdaşlar Bakıya çağırılır və onlardan A. Məmmədova qarşı öncədən hazırlanmış sənədlərə imza atmaq tələb olunur. Əks halda  özlərini cinayət məsuliyyətinə cəlb olunacaqları ilə hədələyirlər.
 
Onlardan biri Samir İsmayılovdur. O, A.Məmmədovun rəhbərliyi dövründə Azərbaycanın Strasburqdakı nümayəndəliyində çalışıb.
 
May ayında A.Məmmədov 15 insanın ölümü ilə nəticələnən yanğında günahkar olan məmurları Facebook-da tənqid edərək hakimiyyətin qəzəbinə tuş gəldikdən sonra S.İsmayılov təkidlə Bakıya çağırılıb. S.İsmayılov bu müddətdə Azərbaycanın Fransadakı səfirliyində təsərrüfat işləri üzrə müdir vəzifəsində çalışıb. S.İsmayılovun rəsmi çağırış göndərilməsi tələbinə cavab olaraq ona qarşı təzyiq və təqiblər başlayıb. Bundan sonra diplomat Bakıya dönməkdən imtina edib.
 
Baş Prokurorluğun tələbi əsasında  XİN S.İsmayılovu xidməti ezamiyyətdən geri çağırıb.  Bakiıya dönməsinin təmin etməsini tələb edib.
 
A.Məmmədov S.İsmayılovun təqib  edilməsi, ona qarşı təzyiqlərin olmasını Turan-a təsdiqləyib. Lakin S.İsmayılovla əlaqə saxlamaq mümkün olmayıb. 
 
XİN mətbuat xidməti S.İsmayılovun ətrafında yaranan vəziyyəti şərh etmir. Baş Prokurorluq da şərh verməyərək “araşdıracağını” vəd edib.
 
Xatırladaq ki, bu, ölkəyə qayıtmaqdan imtina edən dördüncü azərbaycanlı diplomatdır. Onları birləşdirən  A.Məmmədovun Facebook-da məmurları tənqid edən yazısını “like” etmələridir.
скачать dle 12.1
Xəbər lenti