Nəqliyyat Nazirliyində Ziya Məmmədov toplantı keçirib

19-10-2015, 23:47
0
Nəqliyyat Nazirliyində Ziya Məmmədov toplantı keçirib
14.00 - NN-dən verilən xəbərdə bildirilir ki, həqiqətən də, bu gün nazirlikdə toplantı keçirilib:
"Amma bu toplantıya Ziya Məmmədov sədrlik edib. Nazirin iş qrafiki də artıq bəllidir və o, növbəti həftədən başlayaraq bölgələrdə vətəndaşlarla görüş keçirəcək".(qafqazinfo)
 
***
Bu gün səhər saatlarından başlayaraq Nəqliyyat Nazirliyində iclas keçirilir. 
 
Iclas təxminən bir saat əvvəl başlayıb. İclasın nazirliyin rəsmiləri tərəfindən keçirildiyi ehtimal olunur. Çünki hələlik nəqliyyat naziri Ziya Məmmədovun məzuniyyətdən qayıtmadığı bildirilir.
 
İclasda nazirliyin bağlanmış qurumları, orada çalışan işçilərin aqibəti və digər məsələlərin müzakirə olunacağı bildirilir. 
 
Xatırladaq ki, Ziya Məmmədov oktyabrı ayının 23-nə qədər məzuniyyətdədir. 
скачать dle 12.1
Xəbər lenti