Cəmil Hacıyev: "rejimin xalqa qarşı qanunsuz və terrorist əməllərin ifşa edə bilərik"

20-10-2015, 13:45
0
Cəmil Hacıyev: "rejimin xalqa qarşı qanunsuz və terrorist əməllərin ifşa edə bilərik"

       1 noyabr 2015-ci il taixində təyin edilmiş Milli Məclis seçkilərnə az bir vaxt qalmışdır. Artıq Mərkəzi Seçki Komitəsin tərəfindən qeydə alınan namızədlər təbliğat və təşviqat dövründədirlər. MSK-a rəhbəri son açıqlamalarında  göstərir ki,  qeydə alınan namizədlərin sayı 1233 nəfərdir, buda 1 yer uğrunda 10 nəfərin  mübarizə aparacaqından xəbər verir.

 

   Müxalifətin əsas aparıcı qüvvələri azad seçki şəraitinin olmaması ilə ələqədar seçkini baykot etmişdir. Bu səsəbdən də Milli Şura və onun aparacı qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsi (AXCP) seçkilərnə qatılmadı. Milli Şura bu qərarı verdikdən sonra,  digər partiyalarda bu haqda götürqoy etməyə başladılar. Lakin Musavat, REAL, VHB kimi partiyalar NİDA vətəndaş hərəkatının üzvüləri, seçkilərə getdilər.Eyni zamanda Ümüd partiyası və daha bir  neçə partiyadan ibarət blok seçkilərə gedir.  Seçkiləri baykot qərarı verən siyasi qurumların nümayəndələri belə müstəqil formada seçkilərə qatıldılar. Bu kütləvi halda olmasada əsas ehtibari ilə gənclər özlərini sınamaqda istəkli görünürdülər.

 

     Seçki dövründə imza toplanma,qeydə alınma müddəti artıq geridə qalmışdır. MSK qeydiyyatla elaqədar şikayyətlərədə baxaraq qeyde alınma məsələləri ilə əlaqədar prosesleri yekunlaşdırmışdır. Qeydə alınan insanlar əsas etibarı ilə hakimiyyətə loyal insanlardır, qismən müxalif mövqeyi ilə seçilən insanlar barmaqla sayılasıdı.

 

      Son araşdırmalarımızın nətiəsi olaraq qeyd edə bilərik ki, hakimiyyətə müxalif olan aktiv gənclərin  qeydə alınmasında böyük problemlər yaşanmışdır. Qeydə alınan gənc siyasətçilərdən musavatçı Tural Abbaslı,Vətəndaş Həmrəylik Partiyasının təşkilat məsələləri üzrə müvini Samir Əsədli, KXCP-dən Zəka Sahib,Umüd partiyasından Xanlar Abbasov və başqa ümüdçüləri göstərmək olar.

 

    Öz mövqeyi ilə daha radikal ictimayi aktiv gənclərdən qeydiyyata alınmayanalar daha çoxdur. Milli Şuranın üzvu Nidaçı Ülvi Həsənli eyni zamanda Real hərakatı tərəfindən  dəstəklənsədə ona verilən imza sahiblərinə hədələr gəlinərək  imzadan imtina  etməyə  məcbur edilmişdir.

 

    Ülvü Həsənli: “Mübarizəni axıra kimi aparacağam ,hazırda MSK və apellyasiya məhkəməsi mənim əlehinə qərar vermişdir.”

 

  Digər bitərəf gənc namizəd Ağasi Şakiroğludur. “Namizədliyimi 8 saylı Binəqədi birinci seçki dairəsindən irəli sürsəmdə  DSK-da  nəmizədliyimə süni əngəllər  yaratmışlar. MKS- daha sonra isə məhkəməyə müraciət etdmişəm”.

 

 Sabunçu 26 ci dairədən namizədliyini verən Yeganə Hacıyeva: “ Çox istəkli görünsəmdə  namizədliyim  qeydə alınmayıb. Mübarizəni Avropa məhkəməsinə kimi aparacağam.”

 

 

     Qeydiyyata alınmayan şəxslərdən biridə Milli Şuranın üzvü Cəmil Hacıyevdir. O 9 saylı Binəqədi 2-ci seçki dairəsindən namizədliyin irəli sürmüşdü. DSK ona imza vərəqələrinin  verilməsində həmdə sənədlərin qəbulunda problem yaratdı. MSK edilən şikayətin araşdırılmasında iştiraki təmin edilməyib,apellyasiya məhkəməsi isə ona məhkəmə bildirişin Bakı çəhərinin yox Sumqayıt şəhərinin 9 mirorayonuna göndərib. “Apellaysiya məhkəməsindən kassasiya şikayəti verəcəyik, bu işdə bizə köməyi dəyən hər kəsə minnətdaram, amma hakimiyyətin basqısı  altında müxalifət sıraları zəifləməsi fonunda  mətbuatında nəzərini üstümüzdə hiss etmirik. DSK-a və MSK-lara cəmiyyətə yüksək idarəcilik bacaracağı olan insanların qeydiyyata  alınmaması haqqında əvvəldən təlimat verilmişdi. Bunlada Mərkəzi seçki komissiyası funksiyasın dəyişərək Mərkəzi təyinat komissyasına çevrilmişdir. Biz bu seçkilər qatımaqla amerikanı yenidən kəşf etmək niyyətimiz yox idi. Bizdə Milli Şura və AXCP-nin mövqeyindəyik. Amma ümüd edirdik ki, 63 dairədən hakim partiyanın nümayəndələrinin namizədliyi təsdiqlənsə İTV-də debatlar ola bilə ki, bizdə televizaiya  vasitəsi ilə rejimin xalqa qarşı qanunsuz və terrorist əməllərin ifşa edə bilərik. Çünki televiziyalar vasitəsi ilə Yap rejimi xalqa yalanları  doğru, quldurluqların qanuni hərəkətlər kimi sırayırlar.Müxalifət  nümayəndələri üçün yalnız sosial şəbəkələr və internet saytlarda söz demək qalır.Amma iqtidar ölkədə  mətbuat azadlığı və azad sözün olduğunu  deyir.Amma TV-lərin müxalifət nümayəndələrinin üzünə bağlanması eyni  şəraitin yaradılmamasını açıq göstərir.”  deyə Cəmil Hacıyev bildirmişdir.

скачать dle 12.1
Xəbər lenti