İlham Əliyev Bəşər Əsədə necə qapı açdı? ŞOK İDDİA

22-10-2015, 05:52
0
İlham Əliyev Bəşər Əsədə necə qapı açdı? ŞOK İDDİA

Dünya gündəminə bu gün düşən Putin – Əsəd  görüşməsinin pərdə arxası və.s bu kimi ayrıntılar haqqında mühacirətdə olan gənc siyasətçi Rəsul Mürsəlov qaynarxeber.org saytına iddialı açıqlamalar etdi.

 

Mürsəlov iddia edir ki, Bəşər Əsədə Azərbaycan hakimiyyəti “yaşıl işıq” yandırıb.

 

İlham Əliyev Bəşər Əsədə necə qapı açdı? ŞOK İDDİA 

 

“Bəşər Əsəd və ailəsi haqqında BMT-nin qərarı var ki, onlar heç bir xarici ölkəyə səfər edə bilməzlər. Uzun müddətdir ki, yəni Suriyada iç savaşın başladığı 5 ildir ki, Əsəd ölkə xaricinə çıxmamışdı. İlk dəfə olaraq dünən Rusiyada görüntülənə Əsəd, Putinlə görüşüb. Bu hər yerdə çaşqınlıqla qarşılandı. Çünki son günlər gündəmə gələn Suriyada keçici hökumətin qurulması kimi məsələ vardı. Bu məsələdə Əsədlə, ya onsuz keçici hökumətin qurulması müzakirə edilirdi ki, Putin bu görüşlə Əsədə siyasi dəstəyini ifadə etdi. Bunun yanı sıra Putinin Əsədə hərbi dəstəyi də vardı. 30 sentyabrdan başlanan hava hücumları ilə Əsəd rejiminə dəstək verən Putin, siyasi dəstəyi ilə də Əsədin yanında olduğunu bir daha göstərdi. Bu bir növ dünyaya gövdə göstərisi idi. Əlbəttə Putin bunun bilincindədir ki, BMT –nin Əsəd haqqında xarici səfər yasağı var. Amma Putin hər vəchlə dünya güclərini qarşısına almaqda davam edir. İşin bir ilginc yanı isə Putinin bu görüşdə İlham Əliyevi alət etməsidir öz oyunlarına. Niyə ilginc dedim? Əslində ilginc heç nə yoxdu. Çünki biz də, dünya da bilir ki, Əliyev Putinin bir barmaq işarəsi ilə oynayan oyunçudur. Burada ilginc olaraq vurğuladığım deyim, işin digər yanıdır.

 

 İlham Əliyev Bəşər Əsədə necə qapı açdı? ŞOK İDDİA

 

 

Belə ki, Bəşər Əsədin təyyarəsi Azərbaycan ərazisindən keçib. Azərbaycan Hərbi Hava Qüvvələrində vəzifəli bir şəxsdən aldığım dəqiq məlumata görə 20 oktyabr saat 15:21 də Əsədin içində olduğu təyyarə Azərbaycan hava sahəsinə girib, ordan isə Rusiya hava sahəsinə keçib. Bundan öncə isə  plana görə Əsədi daşıyan təyyarə Suriyadan İran-Ermənistan-Gürcüstan hava sahəsindən keçməklə Rusiya ərazisinə daxil olmalı idi. Lakin Gürcüstan öz hava sahəsindən Əsədin keçişinə izin verməyib. Bunun ardınca isə düzərgah dəyişdirilib və İran-Azərbaycan hava sahələrindən keçməklə Rusiya ərazisinə uçub, Bəşər Əsədi daşıyan təyyarə. Təbii ki, bundan İlham Əliyevin xəbərsiz olması mümkün deyil və icazəni də bir başa Əliyev özü verib. Bu da Əliyevin diktatorlara rəğbəti, dünya güclərindən qorxmaması və ya Putinin sözündən çıxa bilməməsi kimi qiymətləndirilə bilər. Əslində dünya güclərindən qorxmaması dedikdə Əliyevin güclü olduğunu qəst etmirəm. Sadəcə dünya gücləri qarşısında Putinin qoynuna sığındığını və buna görə qorxmadığını çatdırmaq istədim fikrimlə. Bununlada İlham Əliyev rejimi BMT -nin qərarına zidd hərəkət etmiş oldu ki, bu da yaxında onun üçün baş ağrısına çevriləcək.

 

Bunun yanı sıra Putin burda öz məqsədlərini düzənli şəkildə həyata keçirməkdədir. İqtisadi blokada içində olan Putin Avropaya eyni cür  cavab vermək niyyətindədir. Suriyada sivil vətəndaşları bombalayan Putin, bununlada "qaçqın krizi" kimi adı hallanan olayı meydana gətirçəyi, Avropanın başına "oyun açmağı" planlayır. Necə deyirsinizsə? Sadəcə olaraq sivil insanları bombalamaqla - 30 sentyabrdan başlayaraq- Avropaya gedən köç yükünü artırmış oldu. Belə ki. təkcə son 20 gündə Hələbi tərk edən qaçqın sayının 70 min nəfər olduğu təxmin edilir. Bu qədər qaçqın -hətta hər gün say daha da artır- Avropaya üz tutur ki, bu da Avropada ekonomik və yerləşim sıxıntısı yaradır. Doğrudur Avropanın bunu qarşılayacaq gücü və imkanı var, amma hər halda əlavə yük, əlavə xərcdir. Onu da deyə bilərlər ki, son olaraq Hələbi tərk edən qaçqınların (70 min nəfər) böyük çoxluğu, yəni 70% -i (50 min nəfəri) türkiyədə yerləşməkdədir. Ancaq burda da yük Avropanın üzərinə düşür, ən azından böyük hissəsi. Türkiyə qaçqınları yerləşdirmək, Avropaya keçidini əngəlləmək üçün 10 milyard avro məbləğində vəsait istəyir ki, bu da ciddi rəqəmdir. Həm işin maddi yanından çox, birdə siyasi yanı var. Türkiyə qaçqın krizindən istifadə edərək uzun illər uğraşdığı Avropa Birliyinə üzvlük haqqında irəliləyiş əldə edə bildi. Ki, düşüncəmə görə Türkiyə bunca qaçqını sırf bu siyasəti izləyərək qəbul etmişdi. Bir neçə gün öncə Ankarada baş tutan Merkel -Davutoğlu görüşməsində də ana gündəm bu idi. Merkel də bunu qəbul etdi və ya etmək zorunda qaldı. Yaxın zamanda isə Türkiyənin Avropa Birliyinə üzvülüyü qəbul ediləcəyi gözlənilir. Yaxın qonşularımızın (Gürcüstan, ardınca isə indi Türkiyə) Avropa yolu tutduğu halda, Azərbaycan israrla çöküş dönəmi yaşayan və tarixən bizi sömürən Rusiya siyasətində israrlıdır. Ancaq bunun da sonu çox yaxındadır".

 

qaynarxeber.org

скачать dle 12.1
Xəbər lenti