Yoxa çıxmış deputatlığa namizəd xarici ölkəyə gedib

27-10-2015, 19:57
0
Yoxa çıxmış deputatlığa namizəd xarici ölkəyə gedib
Deputatlığa 19 saylı Nərimanov 1-ci seçki dairəsindən namizəd olan Ramin Hacılıdan xəbər var. 
 
Həyat yoldaşı Aysel Əlizadənin musavat.org-a verdiyi məlumata görə, R.Hacılı bir qədər əvvəl ona telefonla zəng edib: "Ramin bayaq məni yığdı. Əsəbi idi. Dedi Azərbaycanda deyil. Çox ciddi problemlərinin olduğu, onları həll etdikdən sonra ölkəyə qayıdacağını söylədi. Zəng etdiyi nömrədən bildim ki, hansısa xarici ölkədədir."
 
A.Əlizadə həyat yoldaşının hansı problemlərlə üzləşdiyi haqda məlumatsız olduğunu dedi: "Bu barədə mənimlə heç nəyi paylaşmayıb. Hansı problemlərlə üzləşdiyindənxəbərsizəm. Mənimlə çox qısa danışdı. Sözünü bitirər-bitirməz də telefonu qapatdı." 
скачать dle 12.1
Xəbər lenti