İsa Qəmbəri geri qaytarıb, Arif Hacılını qəbul etdilər
30-10-2015, 16:49
0
İsa Qəmbəri geri qaytarıb, Arif Hacılını qəbul etdilər
Müsavat Partiyasının başqanı Arif Hacılının noyabrın 1-i Milli Məclisə keçiriləcək parlament seçkilərində iştirakından imtina ilə bağlı yazdığı ərizə 33 saylı-Xətai Birinci Seçki Dairəsində qəbul edilib.
Bu barədə "aznews"-a açıqlmasında sədrin özü deyib. O, bildirib ki, ərizə 33 saylı-Xətai Birinci Seçki Dairəsinin sədrinə təqdim edilib: “Ərizə ilə müraciət etdim. Dairə Seçki Komissiyası ərizəmi qəbul etdi”.
Maraqlıdır ki, İsa Qəmbərin seçkidən imtina ərizəsi 15 saylı Yasamal birinci seçki dairəsi tərəfindən rədd edilib. Eləcə də oktyabrın 28-də Müsavat Partiyası Divanın iclasında parlament seçkilərini boykot etmək haqda qərarını da MSK qəbul etməyib. Belə olan halda Arif Hacılının ərizəsinin qəbul edilməsi maraq doğurur.
скачать dle 12.1