|
Müsavat Partiyası, “ReAl” Vətəndaş Hərəkatı, “NİDA” Vətəndaş Hərəkatı və KXCP bəyanat yayıblar.
Bəyanatlarda deyilir:
"Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı, “NİDA” Vətəndaş Hərəkatı
- Siyasi məhbusların azad edilmədiyi;
- Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühitin yaradılmadığı;
- Seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında qaldığı;
- Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilmədiyi;
- İctimai diskussiyaların təşkil edilməsi məqsədi ilə namizədlərə pulsuz efir vaxtının ayrılmadığı;
- Nəticə etibarilə faktiki alternativsizlik şəraitində və repressiya dalğası altında keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edərək;
Azərbaycan hakimiyyətindən 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin ləgv edilməsini, siyasi məhbusların dərhal azadlığa buraxılmasını, seçki qanunvericiliyində zəruri islahatların aparılmasını və 2016-cı ildə təkrar seçkilərin keçirilməsini tələb edir".
KXCP İdarə Heyətinin bəyanatında isə deyilir:
- KXCP - 01 noyabr 2015-ci il seçkilərinin imza toplama, təbliğat – təşviqat mərhələsində və seçki günü həyata keçirilən kütləvi qanun pozuntuları ilə, hakimiyyətin təyin etdiyi parlamenti qeyri - legitim hesab edir.
- KXCP 01 noyabrda keçirilmiş “seçkilər”in nəticələrini tanımaqdan imtina edir.
- KXCP 01 noyabr “seçkiləri”nin nəticələrinin ləğv edilməsini və Milli Məclisə yeni seçkilərin keçirilməsini tələb edir.
|