AŞPA həm təriflədi, həm də tənqid etdi

2-11-2015, 19:24
0
AŞPA həm təriflədi, həm də tənqid etdi


"Bu bəyanat AŞPA Seçki Müşahidəsi Missiyasının digər üzvlərinin imzalaması üçün açıqdır"

Azərbaycanda keçirilmiş seçkiləri azad, ədalətli və demokratik seçkilərə doğru atılmış bir addım saya bilmərik, Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkilərini monitor etmiş Avropa Şurası Parlament Assambleyasının deputatları bildirib.
 
“Bu seçkilərdə texniki və logistik nailiyyətləri qeyd etsək də, ölkədəki siyasi azadlıqlar, ifadə və media azadlığı, toplaşma və təşkilatlanma azadlığı sahələrində vəziyyət azad və demokratik seçkilərin keçirilməsinə şərait yaratmır”, onlar deyiblər.
 

 

Bu seçkilərə hazırlıq insan haqları sahəsində vəziyyətin pisləşməsi ilə keçib

“Bu seçkilərə hazırlıq insan haqları sahəsində vəziyyətin pisləşməsi ilə keçib, halbuki insan haqları azad və ədalətli seçkilər üçün şərarit azad və demokratik seçkilər üçün önəmli ilkin şəraitdir”, bəyanatda deyilir.

 
“Jurnalistlərə və tənqidi fikirlər bildirən digərlərinə qarşı əsassız və ya selektiv cinayət təqibləri intensivləşib”, bəyanatda bildirilir.
 
Avropa Şurasının Almaniyadan olan deputatı Frank Schwabe-nin ofisinin yaydığı bu bəyanatı onunla yanaşı Almaniyanın digər millət vəkili Ute Finckh-Kraemerv və İrlandiyadan Michael McNamara imzalayıblar.
 
Cənab Schwabe-nin ofisindən BBC Azərbaycancaya bildiriblər ki, AŞPA-nın birgə bəyanatını hazırlamaq “çox çətin” olduğundan və belə bir bəyanatın təcili verilməsinin əhəmiyyətini anlayaraq, Frank Schwabe seçkilərin obyektiv qiymətləndirməsini vermək üçün ayrıca bəyanat hazırlamağı qərara alıb.
 
“Bu bəyanat AŞPA Seçki Müşahidəsi Missiyasının digər üzvlərinin imzalaması üçün açıqdır”, bəyanatda deyilir.
 

 

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda seçkiləri izləyən deputatları həmçinin “Azərbaijan xalqını seçkiqabağı kampaniya və seçki günü səsverməsinin əminamanlıq şəraitində keçməsilə bağlı təbrik edib”.
скачать dle 12.1
Xəbər lenti