Müsavatçı fəal polis tərəfindən döyüldü...

13-01-2014, 16:19
0
Müsavatçı fəal polis tərəfindən döyüldü...

Dekabr ayının 29 da Bakıda müxalifət fəalı döyülüb. Müsavat aprtiyasından aldığımız məlumata görə partiyanın üzvü Kifayət Ələsgərova  polis işçiləri tərəfindən  döyülərək ağır bədən xəsarətləri almışdır. Hadisə  2013 cü ilin 29 dekabrında Kifayət Ələsgərovanın Lökbatan qəsəbəsində  yerləşən qohumunun evini tərk etdikdən sonra yolda baş verib. Belə ki K.Ələsgərova  Lökbatan qəsəbəsindən Bakı şəhərinə gəlmək üçün taksi dayanacağı istiqamətinə getdiyi zaman qəflətən onun qarşısınıda minik avtomobili dayanmış və maşından düşən polis əməkdaşları  K.Ələsgərovadan onlarla polis bölməsinə gelməsini tələb etmişlər lakin K.Ələsgərova buna etiraz etdikdə  K.Ələsgərovaya  qarş fziki zor tətbiq olunmuş və o polis işçiləri tərəfindən döyülərək ağır kəllə beyin və bədən xəsarətləri almışdır. Hadisədən sonra K.Ələsgərova 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilərkən onun xəstəxanaya daxil olunması ilə bağlı heç bir  məlumat qeyydiyata alınmamışdır. K.Ələsgərovanın yoxa çıxmasında narahat olan yaxınları onun yoxa çıxması ilə bağlı polis organlarına müraciət etmələrinə baxmayaraq  polisdən hadisə ilə bağlı K.Ələsgərovanın qohumlarına heç bir bilgi verilməmişdir. K.Ələsgərovanın qohumlarının axtarışları nəticəsində onu 30 dekabrda 3 saylı şəhər klinikasında huşsuz ağır vəziyyətdə tapmışdırlar və hazırda K.Ələsgərovanın vəziyyəti ağır qalmaqda davam edir. 3saylı şəhər xəstəxanasına hadisə ilə  ilə bağlı tərəfimizdən olunan müraciət cavabsız qaldı xəstəxanadan bu olayla bağlı bizə heç bir məlumat verilməyəcəyi bildirildi.

скачать dle 12.1
Xəbər lenti