Milli Məclis sədrinin müavinləri seçilib

25-11-2015, 17:03
0
Milli Məclis sədrinin müavinləri seçilib
Milli Məclis sədrinin müavinləri seçilib.
 
Deputat Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov sədrin müavinləri seçiliblər.
 
Z.Əsgərov, B.Muradova parlamentdə deputatları çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasını təmsil edirlər. V.Ələsgərov isə bitərəfdir. 
 
Xatırladaq ki, Z.Əsgərov 2000-ci ildə Milli Məclis sədrinin müavini təyin olunub. 2005-ci ildən isə birinci müavindir. B.Muradova və V.Ələsgərov isə 2005-ci ildən Milli Məclis sədrinin müavini postunu tuturlar.
скачать dle 12.1
Xəbər lenti