Nardaran ağsaqqalı Natiq Kərimov Baş Prokurorluğa aparılıb

9-12-2015, 16:34
0
Nardaran ağsaqqalı Natiq Kərimov Baş Prokurorluğa aparılıb
13.17 - Nardaran sakini Natiq Kərimovun saxlanılmasının səbəbləri məlum olub.
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, N.Kərimov Nardaran hadisələri ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa aparılıb.
 
N.Kərimovun oğlu Kamran Kərimov bildirib ki, atası həkimə gedərkən polis postunda saxlanılıb.
 
***
 
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov saxlanılıb.
 
Bu barədə məlumatı musavat.org-un Nardaranda olan reportyoruna kənd sakinləri veriblər.
 
N.Kərimov saat 12 radələrində saxlanılıb. O, kənddn çıxarkən polis postunda saxlanılıb. Onun hara aparılması ilə bağlı dəqiq məlumat yoxdur.
 
Polis postundan da məlumatı təsdiqləyiblər.
 
Onun Sabunçu Rayon Polis İdarəsinə aparıldığı bildirilir. 
скачать dle 12.1
Xəbər lenti