Xədicə İsmayıl haqqında çıxarılan hökmə münasibət bildirdi

5-09-2015, 07:44
0
Xədicə İsmayıl haqqında çıxarılan hökmə münasibət bildirdi

 

Araşdırmaçı jurnalist Xədicə İsmayıl barəsində çıxarılan məhkəmə hökmünə münasibət bildirib.

 

“Mənim məhkəmə hökmünə bir sözlə reaksiyamı soruşsalar, “Dəyər!” deyərdim.

 

Mən həqiqət üçün həbsdəyəm. İnsanların azad və firavan yaşamaq, həqiqəti bilmək haqqı bundan qat-qat artığına dəyər.

 

7 il yarım nədir ki? Məni qorxutmur. Siz də qorxmayın. Mən haqqında yazdığım korrupsionerlərdən daha zənginəm. Çünki uğrunda canımı belə əsirgəməyəcəyim dəyərlərim var”, - deyə jurnalistin adından onun facebook səhifəsində münasibəti ifadə olunub.

скачать dle 12.1
Xəbər lenti